Kir Starmer İlon Maskı “Grok” platformasını ələ keçirməklə hədələdi

Kir Starmer İlon Maskı “Grok” platformasını ələ keçirməklə hədələdi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Hakim, #London, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“X” platforması inteqrasiya olunduğu süni intellekt çatbotu “Grok”a özü nəzarət etməsə, onun idarəetməni ələ keçirəcəyik”.

presstvaz TASS-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer bunu rəhbərlik etdiyi hakim Leyboristlər Partiyasının parlament üzvləri ilə görüşdə bəyan edib.

“Əgər “X” “Grok”u idarə edə bilmirsə, tez bir zamanda onu biz idarə edəcəyik. Zərər və zorakılıqdan qazanc əldə etsəniz, özünüzü tənzimləmək hüququnuzu itirirsiniz”, – deyə Starmer bildirib:

“Aydın şəkildə deyim: biz buna dözməyəcəyik, çünki dünya nə qədər qeyri-sabit və ya mürəkkəb olsa da, bu hökumət öz dəyərlərinə əsaslanacaq. Biz güclülərin qarşısında həssasları qoruyacağıq”.

Baş nazir bu açıqlamanı 12 yanvarda, Britaniya media tənzimləyicisi “Ofcom”un “Grok” tərəfindən yaradılan görüntülərə görə “X”ə qarşı araşdırma başlatdığı gün verib. Çatbot “X”ə də sahib olan Elon Maskın “xAI” şirkəti tərəfindən hazırlanıb.

Daha sonra elm, innovasiya və texnologiya naziri Liz Kendall, Böyük Britaniyanın intim şəkillərin razılıq olmadan yaradılmasını cinayət hesab edəcəyini açıqlayıb. Bu cür tətbiqlərin yaradıcılarına da şamil ediləcək qanunvericiliyin bu həftə qüvvəyə minməsi planlaşdırılır.

Londonun iddialarına cavab olaraq, Mask, ölkədə onlayn şərhlərə görə çoxsaylı həbsləri önə çəkərək, Böyük Britaniya hökumətini “faşist” adlandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv