İranda böhran dərinləşir: ABŞ Dövlət Departamentindən təcili xəbərdarlıq

İranda böhran dərinləşir: ABŞ Dövlət Departamentindən təcili xəbərdarlıq






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #Audi, #Ermənistan, #İran, #Nəqliyyat, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Dövlət Departamenti İranda etiraz dalğasının təhlükəli həddə çatdığını rəsmən bəyan edib.

Departamentin təcili açıqlamasında vurğulanıb ki, İran rejimi sərt təhlükəsizlik tədbirlərinə əl atıb – küçələrdə nəzarət güclənib, əsas yollar bağlanıb, ictimai nəqliyyat sistemində ciddi fasilələr yaranıb və əhalinin internet əlaqəsi kəskin şəkildə məhdudlaşdırılıb.

presstvaz-ın məlumatına görə, bu xəbərdarlıq ABŞ-nin İrandakı virtual səfirliyinin rəsmi səhifəsində dərc edilib. Birləşmiş Ştatlar öz vətəndaşlarına uzunmüddətli internet kəsintilərinə dərhal hazırlaşmağı və alternativ kommunikasiya üsulları təşkil etməyi tövsiyə edir.

Həmçinin vətəndaşlara təhlükəsiz fürsət yaranan kimi İranı qonşu Türkiyə və ya Ermənistan ərazisi vasitəsilə quru yolla tərk etmələri təkidlə məsləhət görülür. ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda vurğulanır ki, aviaşirkətlər İrana və bu ölkədən olan reyslərini sürətlə məhdudlaşdırır və ya tamamilə ləğv edirlər. Bir sıra hava daşıyıcıları ən azı 16 yanvara qədər bütün uçuşlarını dayandırıblar. Bununla əlaqədar beynəlxalq uçuş imkanları qeyri-sabit vəziyyətdə qalır və istənilən an xəbərdarlıqsız dəyişdirilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv