NATO “kommunikasiya beyni”ni Türkiyə proqram təminatına həvalə etdi

NATO “kommunikasiya beyni”ni Türkiyə proqram təminatına həvalə etdi






presstv

"Presstv"az #Audi, #dənizdə, #Gəmi, #Haber Global, #Qırıcı təyyarə, #Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO), #təyyarə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) “kommunikasiya beyni”ni Türkiyə proqram təminatına həvalə edib.

presstvaz “Haber Global”a istinadən verdiyi məlumata görə, hərbi təşkilat HAVELSAN şirkətindən şəbəkə proqramını almaq qərarına gəlib.

Məlumata görə, NATO bu strateji sahədə ən yüksək texniki balı HAVELSAN-a verib və bu qurumla işləmək qərara alınıb. Ətraflı müzakirələrdən sonra tərəflər razılığa gəliblər. Proqram təminatının təmin edilməsi üçün vacib müqavilə rəsmi olaraq dekabrın 18-də imzalanıb.

Məlumata görə, taktiki məlumat bağlantısı idarəetmə mərkəzi müasir orduların “kommunikasiya beyni” kimi təsvir olunur. Bu mərkəzlərdən qurulan şəbəkələr havada, quruda və dənizdə bütün dost qüvvələrin eyni əməliyyat mənzərəsini paylaşaraq, real vaxt rejimində ünsiyyət qurmasına imkan verir.

Komandanlıq və hesabat mərkəzləri həmin proqram təminatı vasitəsilə problemsiz şəkildə əlaqə qurur, eyni zamanda qırıcı təyyarələr, gəmilər və raket sistemləri buradan idarə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv