Tramp “ExxonMobil” şirkətini Venesueladan çıxarmaqla hədələyir

Tramp “ExxonMobil” şirkətini Venesueladan çıxarmaqla hədələyir






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp, #Jurnalistlər, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp “Exxon Mobil Corp.” şirkətinin Venesuelada qazma işlərinə girişini bloklaya bilər.

presstvaz “The Wall Street Journal”a istinadən xəbər verir ki, ABŞ Prezidenti şirkətin baş direktoru Darren Vudsun ölkədə biznesə mane olan amillər barədə açıqlamalarından sonra belə deyib.

“Yəqin ki, mən “Exxon” şirkətini Venesuelaya buraxmayacağam “, – deyə D.Tramp jurnalistlərə bildirib.

Ötən cümə günü Ağ Evdə ABŞ-nin aparıcı neft şirkətləri rəhbərlərinin Trampla görüşü zamanı D.Vuds bildirib ki, ölkənin hüquq sistemində, karbohidrogen istehsalı qanunlarında və kommersiya strukturlarında əhəmiyyətli dəyişikliklər olmasa, Venesuelanı “investisiya üçün yararsızdır”. O, islahatların Tramp administrasiyası ilə Venesuela hökumətinin birgə səyləri nəticəsində həyata keçirilə biləcəyini deyib.

“Onların reaksiyasını bəyənmədim. Çox hiyləgər davranırlar”, – deyə D.Tramp baş direktorun sözlərinə münasibət bildirərkən deyib. O əlavə edib ki, başqa şirkətlər Venesuelaya investisiya qoymaq istəyirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv