Binanın dam örtüyü sakinlərin həyatı üçün təhlükə törədir

Binanın dam örtüyü sakinlərin həyatı üçün təhlükə törədir






presstv

"Presstv"az #Audi, #Bakı, #Binəqədi Rayon İcra Hakimiyyəti, #Binəqədi rayonu, #Hakim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

23 il əvvəl istifadəyə verilən binaların damı yararsız vəziyyətdədir.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 1A ünvanındandır. Binanın dam örtüyü yararsız hala düşdüyündən sakinlərin həyatına təhlükə yaranıb. Sakinlər iddia edirlər ki, yaranmış vəziyyət səbəbindən evlərə su damır. Su da elektrik naqillərinin üzərinə düşür və təhlükə daha da artır.

Sakinlər bildirirlər ki, xüsusən son dörd ildə bu çıxılmaz vəziyyətlə üz-üzə qalıblar. Hara müraciət etsələr də, faydası olmur.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd edilən bina xüsusi təyinatlıdır. Bununla bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmək tövsiyə olunub.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı xüsusi təyinatlı komunal təsərrüfat birliyindən isə bildirilib ki, həmin bina təmir edilib. Bu çərcivədə binanın dam örtüyünün də təmiri nəzərdə tutulub. Həmin vaxt damdakı su çənləri götürülən zaman sakinlər buna etiraz ediblər və təmir yarımçıq qalıb. Su çənləri damdan tam yığışdırıldıqdan sonra onun tam təmiri həyata keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv