“Uşaqlar qaranlıqda məktəbə necə getsinlər?” – Masazır sakinləri küçə işıqlarının yanmamasından şikayət edirlər

“Uşaqlar qaranlıqda məktəbə necə getsinlər?” – Masazır sakinləri küçə işıqlarının yanmamasından şikayət edirlər






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #Hakim, #Masazır qəsəbəsi, #Təmir işləri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Masazır qəsəbəsi, 6 nömrəli məktəbə gedən yolda sakinlər işıqlandırma problemindən şikayətçidirlər.

Bildirilir ki, yol kənarında işıq dirəkləri olmasına baxmayaraq, axşam saatlarında ərazi tamamilə qaranlığa qərq olur. Bu isə sakinlərin, xüsusən də məktəblilərin hərəkətini çətinləşdirir.

Sakinlərdən biri problemin uzun müddətdir həll olunmadığını qeyd edib:

“Haradasa il yarım – iki il olar ki, bu işıq dirəkləri qoyulub. Cəmi bir ay iyirmi gün işıqlar yandı, ondan sonra yandığını görmədik. Dövlət sakinlərin rahatlığı üçün bu qədər vəsait ayırıb, sağ olsun. Amma bu işığı yandırmaq nə böyük problemdir? İki ildir bunların heç biri yanmır. Qış vaxtı uşaqlar qaranlıqda məktəbə necə getsin?”

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib: “Abşeron rayonunda gecə işıqlarının təmini ilə əlaqədar işlər görülür. Yol kənarlarındakı gecə işıqları sistemlərinin təhvil-təslim prosesi artıq başa çatıb. Gecə işıqlandırılmasının bərpası və təmin edilməsi istiqamətində cari təmir işləri aparılır və bu işlər ayın sonuna qədər başa çatacaq. Bundan sonra gecə işıqlandırılması təmin olunacaqdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv