İrana xaricdən terrorçular gətiriblər – Pezeşkian

İrana xaricdən terrorçular gətiriblər – Pezeşkian






presstv

"Presstv"az #Ailə, #Hadisə, #İran, #İsrail, #Məsud Pezeşkian

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Onlar xaricdən ölkəyə terrorçular gətiriblər. Məscidləri yandırıblar, insanları yandırıblar, bəzilərinin başını kəsiblər. Bu insanlar bu ölkəyə aid deyillər. Əgər kimsə bu ölkəyə məxsusdursa, qoy etiraz etsin və biz də onların etirazını eşidib, dinləyib, həll edəcəyik. Onlar hadisə yerində günahsız insanları öldürürlər, yanğınlar törədirlər; bu, qəbul edilə biləcək bir şey deyil.

presstvaz xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.

“Əziz xalqımızdan əvvəlki kimi, hər məhəllədə toplaşıb iğtişaşlara yol verməmələrini xahiş edirəm. Zehinlərində doğru və ya yanlış yaradılmış təhlillərə əsaslanaraq, iğtişaşçılara və terrorçulara aldanmamalarını xahiş edirik.

Amerika və İsrail orada oturub onlara öyrədirlər: "Davam edin, biz də buradayıq". Bu ölkəyə zərbə vuran və gənclərimizi, uşaqlarımızı öldürən eyni insanlar indi bu insanlara bu işi görməyi əmr edirlər: "Biz buradayıq, siz gedib dağıdın və biz sizin arxanızca gələcəyik".

Ailələr, sizdən xahiş edirəm, gənclərin başlarını kəsib öldürməyə gələn iğtişaşçılar və terrorçulara qarışmasına icazə verməyin. Qoy etiraz etsinlər. Etirazınızı dinləməliyik. Narahatlığınızı həll etməliyik. Gəlin əl-ələ verib birlikdə oturub həll edək”, – Pezeşkian bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv