Konqresmen orduya çağırış etdi: Trampın əmrinə tabe olmayın!

Konqresmen orduya çağırış etdi: Trampın əmrinə tabe olmayın!






presstv

"Presstv"az #ABŞ, #Danimarka, #Donald Tramp, #Hərbi Hava Qüvvələri, #Qrenlandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əgər Donald Tramp Qrenlandiyaya hücum əmri versə, amerikalı hərbçilər onun əmrinə tabe olmamalıdır.

presstvaz xəbər verir ki, bunu amerikalı demokrat konqresmen Ted Lieu özünün X səhifəsində yazıb.

"Hörmətli ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, ABŞ ordusu və ABŞ Dəniz Piyadaları Korpusu: Qrenlandiya NATO müttəfiqi olan Danimarkanın bir hissəsidir. Əgər Tramp Konqresin təsdiqi olmadan Qrenlandiyaya hərbi hücum əmri verərsə, bu, qanunsuz bir əmr olardı. Siz bu qanunsuz əmrə tabe olmayacaqsınız. Siz Trampa deyil, Konstitusiyaya and içmisiniz", – konqresmen bildirib.

Qeyd edək ki, "Deyli Meyl” qəzeti mənbələrə istinadla Trampın ABŞ ordusuna Qrenlandiyanı işğal etmək planı hazırlamağı tapşırdığını bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv