Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır – Ciddi xəbərdarlıq

Əzələ üçün istifadə edirlər, amma orqanları sıradan çıxarır – Ciddi xəbərdarlıq






presstv

"Presstv"az #Həkim, #Həkim məsləhəti, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illərdə gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə zülal (protein) tozlarından istifadənin artması sağlamlıq mütəxəssislərini narahat etməyə başlayıb. Qastroenterologiya üzrə tanınmış mütəxəssis zülal tozlarının şüursuz və nəzarətsiz istifadəsinin həyat üçün təhlükə yaradacağını bildirib.

presstvaz xəbər verir ki, Prof. Dr. Göral xəbərdarlıq edir ki, zülal tozları yalnız vizual olaraq cəlbedici bədən quruluşu və əzələ artımı üçün istifadə edilmir, eyni zamanda tərkibindəki zərərli maddələr – o cümlədən steroidlər – bədənə ciddi ziyan vura bilər. Bu maddələr uzun müddət istifadə olunduqda cinsi zəiflik, qaraciyər çatışmazlığı, siroz və hətta orqan transplantasiyası ehtiyacı ilə nəticələnə bilər.

Zülal tozlarının xüsusilə spirtlə birlikdə istifadəsi vəziyyəti daha da ağırlaşdırır. Prof. Dr. Göral bildirir ki, bu əlavələr ürək əzələlərinə və böyrəklərə də zərər verir:

"Bu məhsullar təkcə qaraciyər funksiyalarını deyil, həm də ürək və böyrək fəaliyyətini pozur. Artıq bəzi hallarda bu əlavələr səbəbindən gənclər həyatlarını belə itiriblər".

Mütəxəssis vurğulayır ki, zülal ehtiyacını təbii qidalardan qarşılamaq daha sağlam seçimdir:

"Gündə 3-4 yumurta, qatıq, pendir, balıq və ət kifayət qədər zülal təmin edə bilər. Təsadüfi mənbələrdən alınan protein tozları isə orqanizmə zərər verə bilər. Mütləq həkim məsləhəti ilə istifadə olunmalıdır".

Eyni zamanda protein tozlarının yüksək qəbulu  kişilərdə cinsi zəifliyə və digər əlamətlər gətirib çıxara bilər. 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv