Qatlanan “iPhone” belə görünəcək – Bu tarixdə satışa çıxacaq – FOTO

Qatlanan “iPhone” belə görünəcək – Bu tarixdə satışa çıxacaq – FOTO






presstv

"Presstv"az #Apple, #Dollar, #iPhone, #Kitab

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Apple"ın uzun müddətdir gözlənilən qatlanan "iPhone" modeli "iPhone Fold" 2026-cı ilin payızında satışa çıxması planlaşdırılır.

presstvaz xəbər verir ki, cihazın kitab kimi açılan ekranı "iPad" mini ölçüsünə yaxın olacaq və həm daxili, həm də xarici ekranı ilə istifadəyə veriləcək.

İddialara görə, daxili ekran 7,76-8,3 düym arasında olacaq, qatlandıqda qalınlığı təxminən 11 mm, açıldıqda isə 5,64 mm olacaq. "Apple" qatlanan ekranlarda tez-tez yaranan qırış problemini minimuma endirmək üçün hibrid OLED texnologiyası və" Samsung Display"in ekranlarından istifadə edəcək.

"iPhone Fold" həmçinin ikili arxa kameraya, parlaq loqoya və nazik, müasir dizayna malik olacaq. Xarici ekran 5,49 düym ölçüsündə olacaq və cihazın qatlandıqda da istifadəyə yararlı qalmasını təmin edəcək.

Analitiklərin proqnozuna əsasən, "iPhone Fold"un qiyməti 2 000 dollardan yuxarı olacaq.

"Apple" yayılan məlumatları hələlik rəsmi şəkildə təsdiqləməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv