"Süni intellekt bəşəriyyəti bu tarixdə məhv edəcək"

"Süni intellekt bəşəriyyəti bu tarixdə məhv edəcək"






presstv

"Presstv"az #ABŞ, #ChatGPT, #Çin, #Fransa, #OpenAI, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Süni intellekt sahəsində tanınmış mütəxəssis və "OpenAI"nin keçmiş əməkdaşı Daniel Kokotajlo inkişaf etmiş süni intellektin potensial təhlükələri ilə bağlı əvvəlki proqnozlarını yeniləyib. Onun sözlərinə görə, süni intellekt sistemlərinin tam muxtar kodlaşdırma qabiliyyəti əldə etməsi və superintellekt mərhələsinə çatması əvvəl düşünüləndən daha uzun zaman ala bilər.

presstvaz xəbər verir ki, Kokotajlo bu ilin əvvəlində geniş rezonans doğuran "Süni intellekt 2027" ssenarisi ilə çıxış etmişdi. Həmin ssenaridə nəzarətsiz inkişaf edən süni intellektin dünya liderlərini üstələyəcəyi, nəticədə isə bəşəriyyət üçün ekzistensial təhlükə yaradan superintellektual bir varlığın formalaşacağı iddia olunurdu.

Bu ssenari həm dəstək, həm də ciddi tənqidlərə səbəb olmuşdu. ABŞ-ın vitse-prezidenti Cey Di Vens ABŞ-Çin süni intellekt rəqabətini müzakirə edərkən bu işə istinad etmiş kimi görünsə də, bir çox ekspertlər proqnozları qeyri-real və həddindən artıq pessimist hesab etmişdi.

Mütəxəssislər bildirirlər ki, süni ümumi intellektə (AGI) – yəni insanların yerinə yetirdiyi əksər idrak tapşırıqlarını yerinə yetirə bilən süni intellektə – çatma müddəti süni intellekt təhlükəsizliyi müzakirələrinin əsas mövzularından biri olaraq qalır. 2022-ci ildə "ChatGPT"nin istifadəyə verilməsi bu zaman xəttini xeyli sürətləndirmiş, bir sıra siyasətçilər və tədqiqatçılar AGI-nin bir neçə il və ya onillik ərzində mümkün olacağını irəli sürmüşdülər.

Kokotajlo və komandası əvvəlcə süni intellektin 2027-ci ilə qədər tam muxtar kodlaşdırma qabiliyyətinə çatacağını ehtimal edirdi. Lakin son təhlillər bu proqnozun həddindən artıq nikbin olduğunu göstərib. Onun fikrincə, real dünyanın mürəkkəbliyi və praktik bacarıqlara olan ehtiyac süni intellektin inkişaf tempini yavaşıdır.

Süni intellekt risklərinin idarə edilməsi üzrə mütəxəssis Malkolm Murrey qeyd edir ki, sahədəki irəliləyişlər gözlənildiyi qədər stabil deyil. Fransanın SaferAI qeyri-kommersiya təşkilatının icraçı direktoru Anri Papadatos isə bildirir ki, süni intellekt daha çoxşaxəli olduqca "AGI" termini öz aktuallığını itirə bilər.

Yeni açıqlamaya görə, bəşəriyyəti potensial olaraq məhvə apara biləcək superintellekt səviyyəsinə çatmaq üçün yeni hədəf ili 2034-cü ildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv