“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür






presstv

"Presstv"az #Apple, #Audi, #Azercell

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azercell” “Kinon” tətbiqi çərçivəsində istifadəçi təcrübəsini daha da təkmilləşdirmək məqsədilə yeni ödəniş üsulunu təqdim edib. Artıq abunəçilər “Kinon” xidmətinin ödənişini yalnız mobil balans vasitəsilə deyil, bank kartı ilə də həyata keçirə bilərlər.

Yeni funksiya istifadəçilərə daha çevik və rahat ödəniş imkanları yaradır. Bank kartı ilə ödəniş zamanı müştərilər öz banklarının təqdim etdiyi keşbek və bonus proqramlarından yararlanmaq imkanı əldə edirlər.

“Kinon” platformasında kart məlumatlarının qorunması beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə təmin olunur. Eyni zamanda, ödəniş prosesində “3D Secure” (3DS) autentifikasiyası tətbiq olunur ki, bu da əməliyyatların birbaşa kart sahibi tərəfindən təsdiqlənməsini təmin edərək icazəsiz ödənişlərin qarşısını alır.

Yeni funksiya sayəsində istifadəçilər cəmi bir neçə toxunuşla abunəliyi aktivləşdirə və ya yeniləyə, həmçinin mobil balans və bank kartı arasında seçim edərək ödəniş üsulunu öz istəklərinə uyğun müəyyən edə bilərlər.

Qeyd edək ki, “akart” rəqəmsal kartı ilə “Kinon” abunəliyinin ödənişi zamanı istifadəçilərə 10% keşbek təqdim olunur.

Xatırladaq ki, “Kinon” tətbiqini “Play Store” və “Apple Store” mağazalarından yükləmək mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv