Ukrayna Ali Radasında istilik və su təchizatı kəsildi

Ukrayna Ali Radasında istilik və su təchizatı kəsildi






presstv

"Presstv"az #Audi, #Kiyev, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Ali Radasında istilik və su təchizatı kəsilib.

presstvaz-ın xəbərinə görə, bu barədə ukraynalı deputatlar Yaroslav Jeleznyak və Daniil Qetmantsev “Telegram” kanalında paylaşım ediblər.

“Radada (ən azından komitədə) nə istilik var, nə su. Elektrik enerjisi, deyəsən, hələlik var”, – deyə Jeleznyak paylaşımda yazıb.

Qetmantsev bunu təsdiqləyib. Həmçinin qeyd edilib ki, istilik və suyun olmamasına baxmayaraq, parlament fəaliyyətini davam etdirir.

“Həqiqətən də Radada su və istilik yoxdur. İşıq var, ona görə də biz buradayıq, işləyirik. İnsanlarda necədirsə, bizdə də elədir. Həm bizdə, həm xalqda, həm də Ukraynada hər şey yaxşı olacaq”, – deyə deputat videomüraciətində bildirib.

Qeyd edək ki, yanvarın 9-na keçən gecə Kiyevdə bir neçə partlayış seriyası qeydə alınıb. Ukrayna paytaxtı Kiyevin “Qeran” tipli PUA-lar (pilotsuz uçuş aparatı – dron) tərəfindən kütləvi hava hücumuna məruz qaldığı deyilir. Şəhər meri Vitali Kliçko bildirib ki, Kiyevdə baş verən növbəti partlayışlardan sonra vacib infrastruktura ziyan dəyib. Bu fonda bəzi ərazilərdə su və elektrik təchizatında problemlər müşahidə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv