"Apple"dan sürpriz: Bu da mümkün oldu

"Apple"dan sürpriz: Bu da mümkün oldu






presstv

"Presstv"az #Apple, #Dollar, #iPhone

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın əvvəlində yayımlanan renderlərdən sonra "Apple"nin qatlanan iPhone modelinin fotoları ortaya çıxıb.

presstvaz xəbər verir ki, görüntülər real dizaynı əks etdirən keyfiyyətli maketlərə aiddir.

Fotolara görə, cihaz qatlanmış halda kvadratabənzər və kompakt formaya malikdir, ölçü baxımından iPhone mini-ni xatırladır. Açıq vəziyyətdə isə ekran nisbəti iPad mini-yə oxşayır. Ən diqqətçəkən məqam isə ekran qatında görünən izin olmamasıdır.

Məlumata əsasən, xarici ekran 5,49 düym, daxili ekran isə 7,76 düym olacaq. Cihaz açıq halda 4,8 mm qalınlığa sahibdir. iPhone Fold-un dörd kamera, yan düymədə Touch ID və yalnız eSIM dəstəyi ilə təqdim ediləcəyi bildirilir.

Qiymətin 2000-2400 dollar aralığında olacağı, rəsmi təqdimatın isə 2026-cı ilin payızında keçiriləcəyi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv