Abşeron Regional Xəstəxanasında hemodializ kabineti yaradılıb

Abşeron Regional Xəstəxanasında hemodializ kabineti yaradılıb






presstv

"Presstv"az #Abşeron Rayon Mərkəzi Xəstəxanası, #Almaniya, #Audi, #Həkim, #Şəmkir, #Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağciyər Xəstəlikləri Mərkəzinin (AXM) təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq onun nəzdində fəaliyyət göstərən Abşeron Regional Xəstəxanasında (ARX) vərəm xəstəliyindən və eyni zamanda, xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslər üçün dializ müalicəsi təşkil olunub. Artıq ilk pasiyent hemodializ müalicəsinə cəlb edilib.

presstvaz xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, hemodializ kabinetində Almaniya istehsalı olan “Fresenius Medical Care” müasir hemodializ aparatı quraşdırılıb. Kabinetdə pasiyentlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Hemodializ kabineti lazım olan tibbi avadanlıqlarla tam təmin edilib.

Tibb müəssisəsində ixtisaslı xidmətin təşkili üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasından (RMX) bir həkim-mütəxəssis, bir ixtisaslaşmış tibb bacısı və bir texnik prosesə cəlb olunub.

Sözügedən xidmətin təşkilində əsas məqsəd vərəm xəstəliyindən əziyyət çəkən pasiyentlərin digər dializ alan pasiyentlərlə təmasını aradan qaldırmaq, rahat şəkildə, vərəm xəstəliyinin müalicəsi ilə paralel olaraq hemodializ prosesinə cəlb olunmasıdır.

Görülən tədbirlər AXM-in pasiyentlərə təhlükəsiz, fasiləsiz və keyfiyyətli tibbi xidmət göstərilməsi istiqamətində atdığı mühüm addımlardan biridir. Gələcəkdə bu xidmətin Şəmkir və Qobustan regional xəstəxanalarında da təşkil edilməsi nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv