Senator Qrem: “Tramp Konqresi Rusiyaya qarşı yeni sanksiyaların qəbuluna çağırır”

Senator Qrem: “Tramp Konqresi Rusiyaya qarşı yeni sanksiyaların qəbuluna çağırır”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Braziliya, #Çin, #Donald Tramp, #Hindistan, #Rusiya, #Rusiyaya qarşı sanksiyalar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Konqresi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə dair qanun layihəsini qəbul etməyə çağırıb.

presstvaz xəbər verir ki, senator Lindsi Qrem bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşıb.

“Bu gün bir neçə məsələ ilə bağlı çox məhsuldar görüşdən sonra Prezident Tramp Rusiyaya qarşı aylardır üzərində senator Blümental və bir çox başqaları ilə işlədiyim sanksiyalar üzrə ikipartiyalı qanun layihəsinə yaşıl işıq yandırdı. Mən hər iki partiyanın layihənin lehinə fəal şəkildə səs verəcəyini səbirsizliklə gözləyirəm, ümid edirəm ki, bu, gələn həftənin əvvəlində baş verəcək”, – deyə senator L.Qrem yazıb.

Qrem hesab edir ki, qanun layihəsi qəbul olunarsa, Trampa Rusiyanın ticarət tərəfdaşlarına, o cümlədən Çin, Hindistan və Braziliyaya “böyük təsir” göstərmək imkanı verəcək və onlara Rusiya neftinin alışını dayandırmaları üçün təzyiq göstərəcək.

Sözügedən qanun layihəsi 2025-ci ilin aprel ayının əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri L.Qrem və Riçard Blümental idi. Təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları əhatə edirdi. Qanunvericilərin təklifi Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxala 500% rüsumların tətbiqini nəzərdə tuturdu. Nümayəndələr Palatası oxşar qanun layihəsini nəzərdən keçirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv