Lənkəranda dəm qazından zəhərlənən bacıların SON VƏZİYYƏTİ AÇIQLANDI

Lənkəranda dəm qazından zəhərlənən bacıların SON VƏZİYYƏTİ AÇIQLANDI






presstv

"Presstv"az #Audi, #Dəm qazından zəhərlənmə, #Lənkəran, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lənkəranda dəm qazından zəhərlənən bacıların son vəziyyəti məlum olub.

presstvaz-ın sorğusuna cavab olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, onlara arterial hipertenziya diaqnozu təyin olunub.

“Yanvarın 7-də, saat 21:30-da Lənkəran rayonun Separadi kəndində dəm qazından zəhərlənmə şübhəsi ilə iki (qadın) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara arterial hipertenziya diaqnozu təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Lənkəran rayonunun Separadi kəndində yaşayan 1958-ci il təvəllüdlü Firayə Cabir qızı Kərimova və bacısı 1972-cı il təvəllüdlü Rəna Cabir qızı Kərimova vanna otağında huşsuz vəziyyətdə tapılıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv