“Equinor” Venesuelada fəaliyyətini bərpa etmək niyyətində deyil

“Equinor” Venesuelada fəaliyyətini bərpa etmək niyyətində deyil






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Donald Tramp, #Nikolas Maduro, #Norveç, #Nyu-York, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Norveçin “Equinor” enerji şirkətinin baş direktoru Anders Opedal bildirib ki, onlar Venesuelada fəaliyyətlərini bərpa etmək niyyətində deyillər.

presstvaz xəbər verir ki, bu barədə direktor “Reuters”ə açıqlama verib.

“Hazırda bu, müzakirə edilmir. Biz Venesuelanı tərk etdik, çünki kapitalı yenidən bölüşdürmək istəyirdik”, – deyə A.Opedal bildirib.

Norveç şirkəti Venesuelanın neft və qaz sənayesinə 1990-cı illərin ortalarında daxil olub, milyardlarla dollar sərmayə qoyub və ölkəni öz fəaliyyətinin əsas hissəsi kimi müəyyənləşdirib. 2021-ci ildə isə “Equinor” Venesueladakı əməliyyatlarını tərk edib.

Yanvarın 3-də ABŞ Venesuelaya kütləvi hücuma keçərək, prezident Nikolas Maduronu və həyat yoldaşı Silia Floresi əsir götürərək Nyu-Yorka aparıb. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, N.Maduro narkoterrorizmdə iştirakda ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq. D.Tramp daha sonra qeyd edib ki, Amerika neft şirkətləri Venesuelada işləməyə can atırlar və bu ölkənin infrastrukturuna sərmayə yatıracaqlar.

“Equinor” enerji qrupu 1972-ci ildə yaradılıb və 2018-ci ilin may ayına qədər “Statoil” adı ilə tanınıb. Şirkət 20-dən çox ölkədə fəaliyyət göstərir və təxminən 25 000 işçisi var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv