Azərbaycanda milyonçu şirkət rəhbəri HƏBSDƏ ÖLDÜ

Azərbaycanda milyonçu şirkət rəhbəri HƏBSDƏ ÖLDÜ






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Ədliyyə Nazirliyi, #Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, #Hakim, #Məhkum, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnşa etdiyi binalarda eyni mənzilləri bir neçə nəfərə satdığına görə dələduzluq və eyni zamanda, Cinayət Məcəlləsinin (CM) bir neçə maddəsi ilə dəfələrlə ittiham olunan tanınmış iş adamı Xanlar Cəfərov həbsxanada dünyasını dəyişib.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən iş adamı ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olan sənəd elan edilib. Xidmətdən bildirilib ki, Xanlar Cəfərov 2026-cı il yanvarın 1-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Qeyd edək ki, Xanlar Cəfərov tikinti ilə məşğul olan “Avro Qrand” MMC-nin rəhbəri olub. O, həmçinin milyonçu iş adamı kimi də tanınıb.

Xanlar Cəfərov sonuncu dəfə 2025-ci ilin noyabrında CM-in 178-ci maddəsinin bir neçə bəndi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onunla yanaşı ittiham olunan daha iki nəfər Oktay Adışov və Xəzər Əliyev barəsində də məhkəmə hökm çıxararaq azadlıqdan məhrum etmişdi.

Onu da qeyd edək ki, Xanlar Cəfərovun eyni əməllərə görə əvvəllər də bir neçə dəfə məhkumluğu olub. 2025-ci ildə onunla bağlı sonuncu hökm verildikdən sonra onunla bağlı növbəti cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv