Xuliqanlıqda ittiham olunan qardaşların bəraət hökmü ləğv edildi

Xuliqanlıqda ittiham olunan qardaşların bəraət hökmü ləğv edildi






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #Gəncə Apellyasiya Məhkəməsi, #Hadisə, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkrəm Babayev və onun qardaşı Səfər Babayevin (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, hər iki şəxsin bəraət verilməsinə dair Tərtər Rayon Məhkəməsinin hökmü ləğv edilib. İş üzrə ittiham hökmü çıxarılıb. Əkrəm Babayevə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib, Səfər Babayevə isə şərti cəza verilib.

İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Əkrəm Babayev 15 dekabr 2024-cü il tarixdə saat 14 radələrində qardaşı Səfər Babayevlə birlikdə xuliqanlıq hərəkətləri törədib.

Hadisə Tərtər şəhəri, Nəriman Nərimanov küçəsində baş verib. Belə ki, Tərtər şəhər sakini olan zərərçəkmiş Yusif Dəmirovun (adı, soyadı şərtidir) qohumuna məxsus əl çantası Səfərə məxsus “Mercedes Benz 410” markalı mikroavtobusda qalıb. Bu səbəbdən zərərçəkmiş Əkrəmə yaxınlaşaraq həmin çantanı istəyib. Bundan sonra tərəflər arasında dava düşüb.

Dava zamanı Əkrəm Yusifin sifət və qulaq nahiyəsinə yumruqla bir neçə dəfə qəsdən zərbə endirib. Nəticədə onun sağ qulaq seyvanının xarici hissəsində sıyrıq xəsarətləri yetirilib. Ekspertiza rəyinə əsasən, həmin xəsarətlər sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri kimi qiymətləndirilib.

İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olmadan bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri törədiblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv