Cəbrayılda minaya düşərək xəsarət alan minaaxtaranın vəziyyəti AÇIQLANIB

Cəbrayılda minaya düşərək xəsarət alan minaaxtaranın vəziyyəti AÇIQLANIB






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), #Cəbrayıl, #Füzuli, #Hadisə, #Mina partlayışı, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verən mina hadisəsi zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.

presstvaz   bildirir ki bu barədə  Füzuli Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəsarət alan şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

“Yanvarın 7-si saat 13:00-da Cəbrayıl rayonda baş verən mina partlayışı səbəbi ilə xəsarət alan 1985-ci il təvəllüdlü (kişi) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib. Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda qeyd edilib.

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-cı il 7 yanvar tarixində mina hadisəsi baș verib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Rəşad Nəriman oğlu Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Rəşad Məmmədov ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv