Tayvan radarlardan itən “F-16” qırıcısının pilotunu axtarır

Tayvan radarlardan itən “F-16” qırıcısının pilotunu axtarır






presstv

"Presstv"az #Audi, #Gəmi, #Hadisə, #Hərbi Hava Qüvvələri, #Tayvan, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tayvan Silahlı Qüvvələri Hualan sahillərində radarlardan itən ölkənin hərbi hava qüvvələrinə məxsus “F-16V” döyüş təyyarəsinin pilotunun axtarışları üzrə əməliyyat aparır.

presstvaz xəbər verir ki, məlumatı “Focus Taiwan” xəbər portalı yayıb.

Qeyd olunub ki, gecə saatlarında təyyarə təlim uçuşu həyata keçirən bir qrup döyüş təyyarəsindən ayrılıb.

Yanvarın 7-də səhər saatlarında Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, kapitan Sin təyyarə radarlarından itməzdən əvvəl katapult etmək niyyəti barədə siqnal ötürə bilib, lakin onun sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

“Biz xilasetmə avadanlığının mayakından hələ heç bir siqnal almamışıq və buna görə də kapitan Sinin katapult edib-etmədiyini təsdiqləmək üçün hələlik qəti sübutlarımız yoxdur”, – deyə Hərbi Hava Qüvvələrindən bildirilib.

Axtarış əməliyyatlarına adanın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə Xidməti cəlb olunub. Ərazidə olan mülki gəmilər də hadisədən xəbərdar edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv