Pezeşkian: “Qonşu ölkələrdən hücum olarsa, cavab verməyə məcbur qalacağıq”

Pezeşkian: “Qonşu ölkələrdən hücum olarsa, cavab verməyə məcbur qalacağıq”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tehran qonşu ölkələrin ərazisindən həyata keçiriləcək istənilən hücuma cavab verəcəyini bildirib.

presstvaz “Turkiye Today” nəşrinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian açıqlama verib.

O, xalqa müraciəti zamanı İranın regional tərəfdaşlarla yaxşı münasibətlər qurmağa çalışdığını vurğulayıb.

“Əgər hansısa ölkənin ərazisindən bizim torpağımıza hücum etməyə və ya ölkəmizə soxulmağa cəhd edilərsə, biz buna cavab verməyə məcbur olacağıq. Bu isə o demək deyil ki, bizim həmin ölkə ilə mübahisəmiz var və ya onun xalqını məyus etmək istəyirik”, – deyə Pezeşkian bildirib.

Prezident qonşu ölkələri ABŞ və İsrailin təsiri altında qalaraq bir-birinə qarşı çıxmamağa çağırıb. Onun sözlərinə görə, regionda mövcud fikir ayrılıqları daxili dialoq yolu ilə həll edilməlidir.

Məsud Pezeşkian həmçinin bütün iranlıları birliyə çağıraraq ölkəni müdafiə etmək üçün səfərbər olmağa səsləyib.

“İran düşmənə öz torpağının bir qarışını belə ələ keçirməyə imkan verməyəcək”, – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv