Xaçmaz “KOB evi”ndə yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb

Xaçmaz “KOB evi”ndə yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb






presstv

"Presstv"az #Bakı, #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), #Kommunal xidmət, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 5-dən etibarən Xaçmaz “KOB evi”ndə yeni xidmətlər göstərilməyə başlanıb.

presstvaz xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən təqdim edilən vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi, peşə hazırlığına cəlb olunma, özünüməşğulluq proqramına müraciət, əmək yarmarkalarının təşkil edilməsi, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və s. kimi məşğulluq xidmətlərinə müraciətlərin qəbulu artıq Xaçmaz “KOB evi”ndə həyata keçiriləcək. Bu xidmətlərdən istifadə etmək istəyən şəxslər DMA-nın Xaçmaz “KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən “G2B” və “B2B” xidmətlərin təqdim edildiyi vahid məkandır. KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. Hazırda Bakı, Xaçmaz, Şuşa və Yevlax şəhərlərində KOB evləri, Xudat şəhərində KOB evinin xidmət mərkəzi fəaliyyət göstərir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan sənədlər, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulmaq, bank, sığorta və s. xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv