2026-cı ilin moda trendləri açıqlandı: Keçmiş illərin dəbi qayıdır

2026-cı ilin moda trendləri açıqlandı: Keçmiş illərin dəbi qayıdır






presstv

"Presstv"az #Audi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hündür yaxalıqlı, geniş həcmli toxunma paltarlar 2026-cı ildə dəbə qayıdacaq, eləcə də don və şalvarın qeyri-adi kombinasiyası da yenidən aktual olacaq”.

presstvaz-ın xəbərinə görə, bu barədə rusiyalı stilist Valeriya Malkova TASS-a müsahibəsində danışıb.

“2026-cı ildə moda əvvəlki illərin trendlərini yenidən nəzərdən keçirməyə davam edəcək. Əsas geridönüşlər arasında rahat siluetli və hündür yaxalıqlı həcmli toxunma paltarlar var. Həmçinin çoxlaylı geyimlər də yenidən populyarlaşır, xüsusən də don-şalvar kombinasiyası aktuallaşır ki, bu, gündəlik qarderoba asanlıqla inteqrasiya olunan praktik həlldir”, – deyə Valeriya Malkova bildirib.

Ekspert qeyd edib ki, çiçəkli naxışlar populyarlıq qazanır və bu, bütün fəsillərdə aktual olacaq: “Dizaynerlər onlardan payız-qış kolleksiyalarında aktiv şəkildə istifadə edirlər və daha isti və daha solğun rəng palitrası təklif edirlər.

Bundan başqa, maksimal uzunluqda donlar, uzunqol geyimlər, büzməli ətəklər və modeli müxtəlif hündürlüklərə uyğunlaşdırmağa imkan verən asimmetrik ətəklər dəbdə olacaq. Rəng palitrasında təbii, torpaq çalarları və animalistik naxışlar üstünlük təşkil edəcək”, – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv