Türkiyədə 15 yaşdan kiçiklərə sosial media qadağan olunacaq

Türkiyədə 15 yaşdan kiçiklərə sosial media qadağan olunacaq






presstv

"Presstv"az #Ailə, #Avstraliya, #Depressiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş 15 yaşdan kiçik uşaqlar üçün sosial media ilə bağlı tənzimləmələri əhatə edən qanun layihəsinin ayın sonunda Parlamentə təqdim ediləcəyini açıqlayıb.

presstvaz xəbər verir ki, nazir bildirib ki, məqsəd sosial media platformalarını qanuni mexanizmlərlə məsuliyyətə cəlb etmək, 15 yaşdan kiçiklər üçün hesab açılmasının və xidmət göstərilməsinin qarşısını almaq, eləcə də zərərli məzmunun filtrasiya sistemləri ilə bloklanmasını təmin etməkdir. Göktaş vurğulayıb ki, "sosial media platformalarının uşaqları kommersiya obyektinə çevirməsinə yol verilə bilməz".

Açıqlamaya görə, layihə üzərində 1,5 ildir mütəxəssislər, akademiklər, platforma nümayəndələri, vətəndaş cəmiyyəti, ailələr və uşaqlarla birgə iş aparılıb. Avstraliyada 16 yaşdan kiçiklər üçün tətbiq olunan qadağa da nümunə kimi göstərilib.

Nazir virtual medianın uşaqlarda depressiya, narahatlıq və davranış pozuntularına səbəb ola bildiyini, bəzi platformalar üzərindən uşaqların cinayətə cəlb edildiyini qeyd edərək tənzimləməni "uşaqların qorunması qalxanının bir hissəsi" adlandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv