FIDE-nin vacib turnirində Azərbaycandan heç kim iştirak etməyəcək

FIDE-nin vacib turnirində Azərbaycandan heç kim iştirak etməyəcək






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Azərbaycan, #Beynəlxalq Şahmat Federasiyası (FIDE), #Çin, #Hindistan, #Niderland, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Rusiya, #Şahmat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı il Namizədlər Turnirinin iştirakçılarının siyahısını rəsmən təsdiqləyib.

presstvaz xəbər verir ki, bu barədə FIDE məlumat yayıb.

Bildirilib ki, yarış martın 29-dan aprelin 15-dək Kiprin cənub-qərb sahilində Pafos yaxınlığındakı hoteldə keçiriləcək.

Kişilər: Andrey Yesipenko (Rusiya), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi də ABŞ), Aniş Giri (Niderland), Mattias Blubaum (Almaniya), Vey İ (Çin), Javohir Sindarov (Özbəkistan), Rameşbabu Praqnanandha (Hindistan).

Qadınlar: Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hər ikisi də Rusiya), Çju Sziner, Tan Çjunyi (hər ikisi də Çin), Divya Deşmux, Hampi Koneru, Rameşbabu Vayşali (hamısı Hindistan), Bibisara Asaubayeva (Qazaxıstan).

İki turnir – (açıq) FIDE Namizədlər Turniri və FIDE Qadın Namizədlər Turniri yan-yana keçiriləcək. Tədbirin minimum mükafat fondu rekord həddə 1 000 000 avrodur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv