Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham etdi

Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham etdi






presstv

"Presstv"az #Audi, #Bakı, #Hadisə, #Hərbi Hava Qüvvələri, #Münaqişə, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kamboca Tailandla sərhəd münaqişəsində atəşkəs rejimini pozub və Ubonratçathani əyalətindəki Tailand qoşun mövqelərini hədəfə alıb.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə tərkibinə Tailand Silahlı Qüvvələrinin və Xarici İşlər Nazirliyinin nümayəndələrinin daxil olduğu Kamboca ilə sərhəddə vəziyyət məsələləri üzrə Tailand Birgə Mətbuat Mərkəzinin yaydığı məlumatda bildirilib:

“Kamboca yanvarın 6-da saat 7:25-də (Bakı vaxtı ilə saat 4:25 – red.) atəşkəs rejimini pozub. Kamboca qoşunları Çonq Bok rayonunu minaatanlardan atəşə tutub. Hadisə nəticəsində bir Tailand əsgəri qəlpə yaraları alıb”.

Xatırladaq ki, Kamboca və Tailand iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasından sonra dekabrın 27-də atəşkəs barədə razılığa gəliblər.

Ölkələr arasında sərhəd münaqişəsinin son eskalasiyası dekabrın 7-də sərhəddə baş verən atışma ilə başlayıb. Dekabrın 8-də Tailand quru qüvvələri Kamboca qoşunlarının sərhəd bölgəsindəki Tailand mövqelərinə artilleriya atəşi açdığını bildirib. Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna hücum edərək cavab verib. Toqquşmalarda 23 Tailand əsgəri həlak olub. Kamboca Müdafiə Nazirliyinin məlumatına görə, adıçəkilən ölkədə atışma nəticəsində 31 mülki şəxs həlak olub, ən azı 87 nəfər yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv