Dollar 2026-cı ildə neçə manat olacaq? – Maliyyə Nazirliyi açıqladı

Dollar 2026-cı ildə neçə manat olacaq? – Maliyyə Nazirliyi açıqladı






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Dollar, #İqtisadiyyat Nazirliyi, #Maliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi – manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək.

presstvaz xəbər verir ki, bu, Maliyyə Nazirliyinin hazırladığı "Vətəndaşın büdcə bələdçisi"ndə öz əksini tapıb.

Belə ki, 2026-cı ildə ÜDM real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM real ifadədə 5 faiz artaraq 101,7 milyard manat təşkil edəcək.

ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 75,8 faizə çatacağı gözlənilir.

Proqnozlara əsasən, 2026-cı ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 2,4 faiz azalacaq.

Bu il "Azərilayt" markalı xam neftin qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib.

Ortamüddətli dövrün sonuna ÜDM-in həcmi 161,8 milyard manatadək, onun qeyri-neft-qaz sektoruna aid hissəsinin xüsusi çəkisi isə 80 faizədək yüksələcək.

İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4,8 faiz, 2027-2029-cu illərdə isə illik orta hesabla 4,3 faiz səviyyəsində proqnozlaşdırılıb. (azpolitika.info)

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv