Belə təkərlə maşın sürmək olmaz – Yolda partlayır

Belə təkərlə maşın sürmək olmaz – Yolda partlayır






presstv

"Presstv"az #Avto

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Təkərdə balon və ya qabarıq təkərin yan divarında hava qatlarının arasında yaranan qabarcıqdır və bu təkərin daxili quruluşunun zədələndiyini göstərir və istənilən vaxt partlayışa səbəb ola bilər.

presstvaz xəbər verir ki, təkərin çox qatlı quruluşu var, daxili hava saxlayan lay, möhkəmləndirici kordlar və xarici rezin qat Güclü zərbə zamanı daxili lay zədələnir, hava qatlar arasında toplanaraq xaricə doğru qabarıq əmələ gətirir və bu qabarıq getdikcə böyüyərək təkərin strukturunu zəiflədir

Şişka adətən çuxur və səkiyə sürətlə dəymək, avtomobilin həddindən artıq yük daşıması, təkərin aşağı təzyiqdə sürülməsi, nadir hallarda istehsal qüsuru səbəbindən yaranır.

Belə təkərlə sürmək təhlükəlidir və təkər dərhal dəyişdirilməlidir. Daxili zədə bərpa olunadığı üçün təmir mümkün deyil. Ehtiyat təkərlə evə qayıtmaq mümkündür, lakin yavaş sürmək və ən qısa zamanda şin servisinə müraciət etmək tövsiyə olunur.

Şişkanın qarşısını almaq üçün təkərlərin təzyiqini müntəzəm yoxlamaq, yolun qüsurlu hissələrindən uzaq keçmək, sürəti nəzarətdə saxlamaq və təkərləri vizual olaraq yoxlamaq vacibdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv