Tramp: “ABŞ Ukraynaya sərf etdiyi pulları faydalı qazıntılar üzrə saziş sayəsində geri qaytaracaq”

Tramp: “ABŞ Ukraynaya sərf etdiyi pulları faydalı qazıntılar üzrə saziş sayəsində geri qaytaracaq”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Co Bayden, #Dollar, #Donald Tramp, #Jurnalistlər, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Ukraynanın maliyyələşdirilməsinə sərf etdiyi bütün pulları Ukrayna ilə bağlanmış faydalı qazıntı müqaviləsi vasitəsilə geri ala bilər.

presstvaz-ın “Kommersant”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Amerika lideri bəyan edib ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden Ukraynaya yardım üçün “350 milyard dollar verib”.

“Mən bunun əhəmiyyətli bir hissəsini geri qaytardım, çünki biz nadir minerallar haqqında müqavilə bağladıq… Biz bu pulun əhəmiyyətli bir hissəsini geri qaytaracağıq. Bəlkə onların hamısı, bəlkə də, ondan da artığını qazandıq”, – deyə D.Tramp jurnalistlərə söyləyib.

30 aprel 2025-ci ildə ABŞ və Ukrayna arasında ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalanıb. Müqavilə ABŞ-yə Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, berilium, kobalt, mis, platin, uran, vanadium və digər faydalı qazıntıların işlənməsi üçün yeni investisiya layihələrinə çıxış imkanı verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv