Ərdoğan: “Türkiyənin “F-35″ proqramına yenidən daxil edilməsi vacib və zəruridir”

Ərdoğan: “Türkiyənin “F-35″ proqramına yenidən daxil edilməsi vacib və zəruridir”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Haber Global, #İstanbul, #Münaqişə, #Rəcəb Tayyib Ərdoğan, #Rusiya, #Təbii qaz tədarükü, #təyyarə, #Türkiyə, #Ukrayna, #Vaşinqton, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ankaranın artıq pulunu ödədiyi “F-35″ təyyarələrinə dair proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ-nin, eləcə də NATO-nun təhlükəsizliyi baxımından vacib və zəruridir”.

presstvaz “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg”ə müsahibəsində bildirib.

Türkiyə lideri ölkəsinin Rusiyadan hərbi texnika almasına görə “F-35” proqramından çıxarılması qərarını “ədalətsiz” adlandırıb.

Ərdoğan bildirib ki, Türkiyə həm NATO, həm də ən böyük ticarət tərəfdaşı olan Rusiya ilə münasibətlərini yenidən formalaşdırır.

Onun sözlərinə görə, 2025-ci ildə Donald Trampın yenidən vəzifəyə qayıtması ilə Türkiyə-ABŞ münasibətlərinin müsbət bir zəminə keçməsi üçün fürsət yaranıb: “Biz xüsusilə ABŞ-dən mayeləşdirilmiş təbii qaz tədarükümüzü əhəmiyyətli dərəcədə artırmışıq”.

Ərdoğan müsahibəsi zamanı Rusiya-Ukrayna münaqişəsinə də toxunub: “Münaqişə Türkiyə üçün getdikcə daha da çətinləşir. Şərtlər yetişdikdən sonra Türkiyə yenidən İstanbulu Ukrayna ilə Rusiya arasında sülh danışıqları mərkəzinə çevirməyə hazırdır.

Türkiyə olaraq, həm Putinlə, həm də Zelenski ilə birbaşa danışa bilən, eyni zamanda Vaşinqton, Brüssel, NATO və BMT-də konkret təşəbbüslər irəli sürməklə güclü və balanslı diplomatik əlaqələr saxlayan yeganə aktoruq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv