Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Azərbaycana doğru yola düşüb

Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Azərbaycana doğru yola düşüb






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Çin, #Nəqliyyat, #Orta Dəhliz, #Qazax, #Qazaxıstan, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Çin Enerji İnşaat Korporasiyası”na (“China Energy Engineering Group”) məxsus fotovoltaik modullarla yüklənmiş 45 konteynerlik Çin-Avropa yük qatarı Sian şəhərindən yola düşüb.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu 2026-ci ildə Çindən Transxəzər beynəlxalq nəqliyyat marşrutu və ya Orta Dəhliz vasitəsi ilə yola düşən ilk qatardır. Yanvarın 1-də yola çıxan qatar Horqos sərhəd-buraxılış məntəqəsindən Qazaxıstana keçərək Xəzər dənizi vasitəsi ilə yekunda Bakıya çatacaq.

Fotovoltaik modulların Bakıya operativ çatdırılması Sian şəhərinin Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin quruculuğunda fəal iştirakı, habelə dəhlizin üzv tərəfdaşları ilə birgə xərclərin azaldılması və səmərəliliyin artırılması istiqamətində görülən ardıcıl tədbirlər sayəsində mümkün olub. Hazırda Transxəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə qatarların hərəkəti daha da intensivləşib, daşınma müddəti isə 15-23 gündən təxminən 11 günədək qısalıb.

Çin-Avropa yük qatarının (Sian) Transxəzər xətti 2019-cu ilin oktyabrında ilk dəfə istifadəyə verilib, 2025-ci ilin noyabrın sonunadək bu marşrut üzrə ümumilikdə 466 qatar reysi həyata keçirilib.

Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Azərbaycana doğru yola düşüb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv