Ərdoğan Salmanla Yəmən, Somali və Qəzzanı müzakirə etdi

Ərdoğan Salmanla Yəmən, Somali və Qəzzanı müzakirə etdi






presstv

"Presstv"az #Hadisə, #Prezident Administrasiyası, #Qəzza, #Qış mövsümü, #Rəcəb Tayyib Ərdoğan, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Somali, #Türkiyə, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.

presstvaz xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Söhbət zamanı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan gələcəkdə atılacaq addımlarla Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduqlarını ifadə edib.

Türkiyə Prezidenti həmçinin rəsmi Ankaranın Somali və Yəməndəki hadisələri yaxından izlədiyini, hər iki ölkənin ərazi bütövlüyünün qorunmasının regional sabitlik üçün əhəmiyyətli olduğunu bildirərək, ölkəsinin Yəməndə tərəflərin bir araya gətirilməsi səylərinə töhfə verməyə hazır olduğunu ifadə bildirib.

Ərdoğan eləcə də Qəzzada humanitar vəziyyətin qış mövsümündə ağırlaşdığını, Türkiyənin daimi atəşkəsin təmin olunması və bölgənin yenidən bərpası üçün çalışmağa davam etdiyini vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv