İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Almaniya, #Araşdırma, #Audi, #Avropa, #Avstraliya, #Böyük Britaniy, #Böyük Britaniya, #COVID-19, #diabet, #Dinozavr, #DNT, #Dünya rekordu, #Fransa, #Hadisə, #Həkim, #Hindistan, #İspaniya, #İtaliya, #Kanada, #Koronavirus, #Körpə, #London, #OpenAI, #Polşa, #qızdırma, #Qlobal istiləşmə, #Qrip, #Stres, #Süni intellekt, #Ukrayna, #Xərçəng xəstəliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yola saldığımız 2025-ci il elmdə bir sıra nailiyyətlərlə əlamətdar olub.

presstvaz onların bir neçəsini oxucuları üçün toplayıb:

Yanvar

Alimlər nəhəng ikiayaqlı dinozavrın izlərini aşkarladılar

Okayama Elm Universitetinin və Monqolustan Elmlər Akademiyasının Paleontologiya İnstitutunun alimlərinin rəhbərlik etdiyi beynəlxalq ekspedisiya möhtəşəm kəşfə imza atıb.

Qobi səhrasının qərb hissəsində tədqiqatçılar dünyanın ən böyük dinozavr izlərindən birini aşkar ediblər. İzin eni 92 santimetrdir, bu da onu tanınmış tiranozavr və tarbozavrdan daha böyük edir.

Tapıntı Monqolustanda tarixin ən böyük ikiayaqlı heyvanlarından birinin yaşadığını göstərir. Bu kəşf regionun mezozoy faunasının öyrənilməsində yeni bir mərhələ açacaq.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

Yanvar ayının digər mühüm elmi hadisələri:

Yustinian vəbasını yaradan ştam bərpa olundu. Qədim ştamın 30 unikal mutasiyası aşkarlandı.

Xəstənin orqanizminə dərmanın tam və dəqiq ötürülməsini təmin edən mikroskopik robotlar işlənib hazırlandı.

Xərçəngin 6 növünü erkən mərhələdə müəyyən edən TriOx qan analizi yaradıldı.

Tyanqun orbital stansiyasında ilk dəfə oksigen alındı.

Fevral

Alimlər kvant kompüterlərində kainatın məhvini modelləşdirdilər

ABŞ-nin Ostin şəhərindəki Texas Universitetinin bir qrup alimi kvant hesablamaları sahəsində irəliləyişə nail olub. Onlar ilk dəfə olaraq kvant kompüteri ilə kainatın məhvinə səbəb ola biləcək vakuum parçalanması prosesini modelləşdiriblər.

Kvant kompüteri kosmik vakuumun qeyri-sabit ola biləcəyini göstərən kvant sahə nəzəriyyəsinin əsas müddəalarından birini yoxlamağa imkan verib. Nəzəriyyəyə görə, müasir fizikada fundamental rol oynayan Hiqqs sahəsi qəflətən parçalanaraq həqiqi vakuum “qovuğu” yarada bilər. Bu “qovuq” fizika qanunlarını köklü şəkildə dəyişərək işıq sürəti ilə genişlənir.

Alimlər “D-Wave” texnologiyasından istifadə edərək kainatın sadələşdirilmiş modelini yaradıb və laboratoriya şəraitində belə “qovuq”ların əmələ gəlməsi prosesini müşahidə edə biliblər. Onların hesablamalarına görə, Hiqqs sahəsi hələ trilyonlarla il sabit qalacaq.

Alimlər ümid edirlər ki, simulyasiyaların gələcək miqyaslanması kosmologiya sahəsində əhəmiyyətli kəşflərə gətirib çıxaracaq.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

Fevral ayının digər mühüm elmi hadisələri:

Dərin sularda üzən “Branchiostegus sanae” adlı yeni balıq növü aşklarlandı.

Londonda Roma İmperiyası dövrünə (b.e.-nın 70-80-ci illərinə) məxsus şəhər bazilikası tapıldı.

CRISPR-Cas9 vasitəsilə genləri redaktə edərək, xromosomların Daun sindromuna səbəb olan artıq nüsxəsini aradan qaldırıblar.

Mart

İnsan beyninin hüceyrələri ilə işləyən kompüter yaradıldı

Avstraliyanın Melburn şəhərində yerləşən “Cortical Labs” şirkəti laboratoriyada yetişdirilən insan beyninin neyronları ilə işləyən ilk bioloji kompüterini – CL1-i təqdim edib.

“Cortical Labs”in elmi rəhbəri Brett Kaqanın sözlərinə görə, yüzminlərlə süni şəkildə yetişdirilən neyron qarşılıqlı əlaqə qurma və öyrənmə qabiliyyətinə malikdir. Kaqan vurğulayıb ki, insan neyronlarına verilə biləcək tapşırıqları təsəvvür etmək belə çətindir: “Çünki çox fərqli variantlar mövcuddur. Bu, xəstəliklərin modelləşdirilməsi, dərmanların sınaqdan keçirilməsi və süni intellektin yaradılması kimi bir çox sahəni əhatə edə bilər”.

“Cortical Labs” tərəfindən yaradılan bioloji kompüter mövcud süni intellekt sistemlərindən daha dinamik və davamlıdır.

CL1 neyron şəbəkələri silisium çipində formalaşır və əslində daim inkişaf edən bir orqanizm kimi fəaliyyət göstərir. Bioloji kompüter nəzarət olunan temperatur, qazların dövriyyəsi və qarışdırılması üçün nasoslar, materialın saxlanması üçün xüsusi yer və dalğaların filtrasiya edilməsi üçün sadə, lakin sabit avadanlıqla təchiz olunub.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

Mart ayının digər mühüm elmi hadisələri:

Baykal gölündə 800 metr dərinlikdə “Baikalichthys tenebris” yeni kor balıq növü aşkarlanıb. 12 santimetr uzunluğu olan balıq piqmentasiyadan və görmə qabiliyyətindən tamamilə məhrumdur.

GJB2 genində mutasiyanı bərpa edən genoterapiya üsulu kəşf olunub, bu, anadangəlmə eşitmə əngəlliyini aradan qaldırmağa kömək edə bilər.

Aprel

Stomatologiyada irəliləyiş: Dişlərini itirmiş insanlar üçün yeni ümid

Alimlər ilk dəfə insan və donuz hüceyrələrinin kombinasiyası ilə yeni dişlər yetişdiriblər.

Tafts Universitetinin Stomatologiya Məktəbindən professor Pamela Yelik və komandası insan diş pulpası hüceyrələri ilə donuzların çıxmamış dişlərindən alınan epitel hüceyrələrini birləşdirərək, yeni dişəbənzər strukturlar yetişdirməyi bacarıb. Hüceyrələr xüsusi karkasa yerləşdirilərək yetkin donuzların çənəsinə implantasiya olunub.

Bir neçə ay sonra bu bio-istehsal edilmiş dişlər təbii dişlərin inkişaf mərhələlərindən keçib.

Tədqiqatçılar gələcəkdə insan çənəsində birbaşa yeni dişlərin yetişdirilməsi yollarını araşdırır və ümid edirlər ki, növbəti 10 il ərzində itirilmiş dişlərin yerində tam canlı insan dişləri yetişdirmək mümkün olacaq.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

Aprel ayının digər mühüm elmi hadisələri:

Paslanmayan poladın emalı üçün yeni üsul işlənib hazırlanıb.

Qızıl nanohissəciklərin retinaya yeridilməsinin görmə hüceyrələrini stimullaşdırdığı sübuta yetirilib.

OpenAI yeni LLM o3 və o4-mini versiyalarını təqdim edib.

Çoxlu lazer şüalarının üst-üstə qoyulması ilə optik montaj yaradılıb.

Qonokoklarla mübarizə apara bilən alkilxinolon birləşməsi 2-nonil-4-xinolon-N-oksid (NQNO) aşkar edilib.

May

Amerikalı həkimlər tarixdə ilk dəfə ağır xəstəliyə tutulmuş körpənin genlərini dəyişdiriblər

ABŞ-də həkimlər ilk dəfə uşağı müalicə etmək üçün fərdi gen terapiyasından istifadə ediblər. Alimlər təcrübəni tibdə bir addım adlandırıblar.

Key Cey 2024-cü ildə anadan olub və demək olar ki, dərhal həkimlər körpədə hansısa problemin olduğunu başa düşüblər. O, yemək yeməyib və demək olar ki, daim yatıb. Məlum olub ki, onda 1.3 milyon insandan birində rast gəlinən ciddi genetik pozğunluq var. Bu xəstələrdə ammonyakın bədəndən xaric edilməsi üçün sidik cövhəri halına gətirən qaraciyər fermenti yoxdur.

Bu diaqnozu olan bəzi insanlarda qaraciyər transplantasiyası həyata keçirilir. Ancaq xəstəliyin ağır formalarından əziyyət çəkən körpələrdə əməliyyat oluna biləcək yaşa çatana qədər ciddi fəsadlar yarana bilər.

Həkimlər uşaq üçün DNT-ni redaktə edəcək dərman yaratmağı təklif ediblər. Onlar dərmanı altı ay ərzində hazırlayıblar. Key Ceyə dərmanın ilk dozası fevralda, daha ikisi isə mart və apreldə verilib.

Komandanın baş həkimi Rebekka Arens-Niklas bildirib ki, sıçrayış, gen tədqiqatlarında illərlə irəliləyişlər sayəsində mümkün olub.

Həkimlər uşağın özünü yaxşı hiss etdiyini və xəstəxanadan buraxıldığını bildiriblər. Bununla belə, o, həyatı boyu daim nəzarət altında olacaq.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

May ayının digər mühüm elmi hadisələri:

Ayrı-ayrı atomların məkanda sərbəst qarşılıqlı əlaqədə olan şəkilləri ilk dəfə əldə edilib.

Yüksəkdərəcəli çoxhədli tənliklərin (5 və yuxarı dərəcə) dəqiq həlli üsulu işlənib hazırlanıb. Bu yanaşma Katalan rəqəmlərinə əsaslanır.

İyun

Yer üzündə ilk “zombilər” nə vaxt peyda olublar?

Tədqiqatçılar “zombi göbələyi” infeksiyasının ən qədim məlum nümunəsi olan kəhrəba qalıqlarını aşkar ediblər.

Məlumata görə, qalıqlar təxminən 99 milyon yaşındadır. Bu o deməkdir ki, parazit göbələklər dinozavrlar dövründə çiçəklənib.

Milyonlarla il əvvəl bəzi böcəklər ağac şirəsinə yapışaraq orada qalıb, daşlaşıb və sonralar kəhrəba kimi tanınan maddə əmələ gətiriblər. İlk zombi isə öz qurbanlarının daxilinə nüfuz edən və onları canlı ölülərə çevirən göbələklər olub. Tapılan 99 milyon yaşlı nümunədə göbələk qarışqanın baş hissəsindən yetişərək boy verib və bu həşəratı faktiki olaraq zombiyə çevirib.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

İyun ayının digər mühüm elmi hadisələri:

Qreyfsvalddakı “Wendelstein 7-X” müəssisəsində isti plazmanın saxlanması üzrə dünya rekordu müəyyən olundu. Plazma (on milyonlarla dərəcəyə qədər qızdırılan qaz) 43 saniyə ərzində reaktorda saxlanılıb və üçqat məhsul da əldə edilib.

Dərman istifadəsi üçün 24 saat ərzində yaraların sağalmasını 17% sürətləndirən CC-18 peptidi sintez edilib.

Kvant nöqtələrinə əsaslanan fiber optik rabitə üçün lazer yaradılıb. Lazer 1550 nanometr dalğa uzunluğunda işləyir.

İnterferonların induksiya üsulu ilə çikunqunya qızdırmasına qarşı dərman hazırlanıb.

“Enigmacursor mollyborthwickae” dinozavrının yeni növü kəşf edilib.

İyul

Tibb tarixində sensasiya: Hindistanda yeni qan qrupu kəşf edildi

Hindistanın cənubundakı Karnataka ştatında həkimlər tibb aləmində böyük əhəmiyyət daşıyan kəşfə imza atıblar. Onlar dünyada indiyədək heç bir insanda rast gəlinməyən yeni qan qrupu antigeni aşkarlayıblar.

Unikal kəşf Kolar rayonundan olan 38 yaşlı qadının ürək əməliyyatına hazırlığı zamanı edilib. Onun qanı “O Rh+” (O-müsbət) kimi təsnif olunsa da, mövcud “O Rh+” qan qruplarının heç biri ona uyğun gəlməyib.

“Qabaqcıl seroloji üsullardan istifadə etdik və müəyyən etdik ki, bu xəstənin qanı panreaktivdir – yəni, bütün test nümunələri ilə uyğunsuzdur. Bu da onun nadir və ya elmə məlum olmayan qan qrupuna sahib ola biləcəyinə işarə edir. Uyğun donor tapmaq üçün xəstənin ailə üzvlərindən – ümumilikdə 20 nəfərdən – qan nümunələri topladıq, lakin heç biri uyğun gəlmədi”, – deyə Kolar klinikasının cərrahı Ankit Matur bildirib.

Lakin nadir qan nümunəsi tədqiqat üçün Bristoldakı (Böyük Britaniya) Beynəlxalq Qan Qrupu İstinad Laboratoriyasına (IBGRL) və Banqalordakı Qan Mərkəzinə göndərilib.

Burada molekulyar araşdırmalardan sonra, əvvəllər elmə məlum olmayan yeni qan qrupu antigeninin mövcudluğu təsdiqlənib. Bu antigen rəsmi olaraq CRIB adlandırılıb.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

İyul ayının digər mühüm elmi hadisələri:

“Hubble” cazibə qüvvəsi ilə bir-birinə bağlanmış on minlərlə ulduzdan ibarət ESO 591-12 (Palomar 8) ulduz klasterinin ilk şəklini çəkib.

Pitonların bağırsaq divarında sümükləri həzm edə bilən yeni hüceyrə növü aşkar edilib.

PIGZ genində mutasiya olan 48-ci qan qrupu aşkar edilib.

Avqust

Alimlərdən gözlənilməz açıqlama: Qrip virusları xərçəng xəstəliyinə səbəb ola bilər

COVID-19 və qrip kimi tənəffüs virusları süd vəzi xərçənginin yatan hüceyrələrini aktivləşdirərək metastazların yaranmasına səbəb ola bilər.

Kolorado Universitetinin və Montefiore-Eynşteyn Onkologiya Mərkəzinin alimlərinin araşdırmalarının nəticələri “Nature” jurnalında dərc edilib.

Tədqiqatlara görə, virus infeksiyalarının yaratdığı iltihab orqanizmdə yatmış xərçəng hüceyrələrini oyadır. Laboratoriya siçanlarında aparılan təcrübələr göstərib ki, “SARS-CoV-2” və qrip virusu ilə yoluxmadan sonra iki həftə ərzində ağciyərlərdə yeni metastazlar yaranıb.

Aktivləşmə prosesində əsas rol immun sisteminin infeksiya zamanı ifraz etdiyi “IL-6” adlı zülala məxsusdur. Alimlər hesab edir ki, “IL-6” inhibitorları və digər immunoterapevtik preparatlar təkrar metastazların qarşısını almaqda faydalı ola bilər.

Tədqiqatlar təhlil göstərib ki, koronavirus keçirmiş şəxslərdə xərçəngdən ölüm riski təxminən iki dəfə yüksək olub.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

Avqust ayının digər mühüm elmi hadisələri:

Xərçəng hüceyrələrində yağ metabolizmasını bloklayan, immun sisteminin qaraciyər şişlərinə hücumuna kömək edən dərman – EVT0185 hazırlanıb.

Yupiterin xondrulalardan (diametri 0,1-2 millimetr olan ərimiş maddənin kiçik kürələri) əmələ gəldiyi müəyyən edilib.

Sinir hüceyrələrinin neyronlara çevrilib böyüdüyü, toxumaya inteqrasiya olunduğu mikrokanalları (bu mikrokanallar zədədən sonra onurğa beynini bərpa edir) olan 3D çap edilmiş karkas yaradılıb.

Faseliya və qazon bitkiləri torpağı 40%-ə qədər səmərəliliklə neftlə çirklənmədən təmizlədiyi müəyyənləşdrib.

Sentyabr

Alimlər qaraciyər və əzələlərə ziyan vuran yeni xəstəlik kəşf ediblər

Beynəlxalq tədqiqatçılar qrupu SPNS1 genində nadir mutasiyaların əvvəllər müəyyən edilməmiş, əzələləri və bəzi daxili orqanları zədələyən, multisistem xəstəliyinə səbəb ola biləcəyini aşkarlayıblar.

Alimlər müəyyənləşdiriblər ki, SPNS1 geninin qüsurlu versiyaları hüceyrənin “təkrar emal mərkəzləri” olan lizosomların işini pozaraq yağların və xolesterinin toplanmasına səbəb olur. Bu da öz növbəsində orqan və toxumalarda proqressiv zədələnməyə yol açır.

Yeni xəstəlik lizosomal toplanma xəstəlikləri qrupuna aid edilib. Bu, hüceyrə metabolizminin pozulması ilə əlaqəli 70-dən çox nadir pozuntunu əhatə edir.

Bu sahədə tapıntı qohum olmayan iki ailənin məlumatlarının təhlili sayəsində mümkün olub. Həmin ailələrin uşaqları qaraciyər xəstəlikləri və əzələ zəifliyi də daxil olmaqla izah olunmayan simptomlardan əziyyət çəkiblər. Genetik testlər SPNS1 geninin hər iki surətində mutasiyalar olduğunu göstərir.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

Sentyabr ayının digər mühüm elmi hadisələri:

“Mycobacterium tuberculosis” vərəm çöplərinin orqanizmin immun müdafiəsini keçmək üçün NLRP3 zülalını sıradan çıxardığı məlum olub.

Mədəaltı vəzinin alfa hüceyrələrinin insulin istehsalında iştirak etməsi müəyyən olunub.

Oktyabr

Xərçəngin 50 növü bir testlə aşkarlanacaq: Elm dünyasında sensasiya

“Galleri” adlı yeni qan analizi xərçəngin 50-dən çox növünü ilkin mərhələdə, yəni xəstəliyin əlamətləri üzə çıxmadan aşkar edə bilir.

Yeni test hazırda Böyük Britaniya Milli Səhiyyə Xidməti tərəfindən sınaqdan keçirilir. Alimlərin sözlərinə görə, bu analiz ölümcül xərçəng növlərini erkən mərhələdə müəyyən etməklə müalicə şansını xeyli artırır.

“Pathfinder 2” adlandırılan tədqiqat çərçivəsində xərçəngin heç bir əlaməti müşahidə olunmayan 23 mindən çox amerikalı və kanadalı pasiyentin məlumatları təhlil edilib.

Nəticələr göstərib ki, pasiyentlərin üçdə ikisinə düzgün xərçəng diaqnozu qoyulub. Onların 61.6 faizində “xərçəng siqnalı” aşkar edilib və sonradan bu nəticələr diaqnostika ilə təsdiqlənib.

Yeni metod xərçəng hüceyrələrinin insan qanına ifraz etdiyi DNT-ni aşkarlayaraq xəstəliyi müəyyən etməyə imkan verir.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

Oktyabr ayının digər mühüm elmi hadisələri:

İrsi xəstəliklərin müalicəsi böyük genlərin fraqmentlərə bölünməsi və sonra onların bağırsaqlardan istifadə edərək hüceyrədə yenidən yığılması texnologiyası hazırlanıb. Bu, hüceyrələrin 80%-də zülalın bərpasına imkan verir.

SMOC1 geni kəşf edilib. Bu gen 2 növ diabet xəstəliyində mədəaltı vəzinin beta hüceyrələrini alfa hüceyrələrinə çevirir və nəticədə insulin istehsalı pozulur.

Şişin böyüməsi üçün xərçəng hüceyrələrinin embrion genlərindən və RNT-ni redaktə edən zülallardan istifadə etdiyi aşkar olunub.

Noyabr

Avropada içməli su ehtiyatları tükənir – Alimlərdən XƏBƏRDARLIQ

Avropanın su ehtiyatları qlobal istiləşmə səbəbindən tükənir, bu da ciddi və uzunmüddətli nəticələrə səbəb ola bilər.

“Avropanın nəhəng su ehtiyatları quruyur. 20 illik peyk məlumatlarına əsaslanan yeni təhlil göstərir ki, içməli su ehtiyatları Cənubi və Mərkəzi Avropanın hər yerində – İspaniya və İtaliyadan Polşaya və Böyük Britaniyanın bir hissəsinə qədər azalır”, – deyə London Universitet Kollecinin (UCL) mütəxəssisləri bildiriblər.

Qeyd olunur ki, hazırda Avropada güclü disbalans müşahidə olunur. Şimaldakı ərazilər getdikcə daha rütubətli olur, cənubdakı böyük ərazilər isə, o cümlədən İspaniya, İtaliya, Fransa, İsveçrə, Almaniya, Rumıniya və Ukrayna hissələri isə quruyur.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

Noyabr ayının digər mühüm elmi hadisələri:

Rumıniyanın Hațseq hövzəsində dinozavr sümüklərinin böyük bir dəstəsi tapılıb.

Hem molekulunun bloklanması zamanı yaranan kuproptoz nəticəsində kəskin miyeloid leykoz hüceyrələri zamanı ölməsinə səbəb olduğu müəyyən edilib.

Dekabr

Ürək xəstəliklərinə qarşı yeni müdafiə mexanizmi aşkarlandı

Ohayo Universitetinin nəzdindəki Tibb Kollecinin alimləri ürəyin zədələnmə və stresdən sonra bərpa olunmasına kömək edən yeni mexanizm aşkar ediblər.

Bildirilir ki, bu prosesdə əsas rol karnitin-palmitoiltransferaza 1a (CPT1a) adlı zülala məxsusdur.

Alimlər insanın ürək toxumalarından götürülmüş nümunələri analiz edərək sağlam donor ürəkləri ilə qeyri-işemik kardiomiopatiyası olan xəstələrin ürəklərini müqayisə ediblər.

Məlum olub ki, xəstəlik zamanı CPT1a zülalının səviyyəsi həm kişilərdə, həm də qadınlarda artır, halbuki həmin zülalın digər forması olan CPT1b dəyişməz qalır. Müəlliflərin fikrincə, bu fakt ürəyin stresə qarşı təbii müdafiə mexanizmini göstərir.

CPT1a-nın rolunu daha yaxşı anlamaq üçün tədqiqatçılar heyvanlar üzərində təcrübələr aparıblar. Bu zülalın istehsalı azaldılmış siçanlarda ürək çatışmazlığı daha sürətlə inkişaf edib və ürək əzələsinin ümumi funksiyası zəifləyib. Əksinə, ürəklərdə CPT1a səviyyəsini artıran gen terapiyası xəstəlik artıq başladıqdan sonra belə, ürək fəaliyyətinin bərpasına kömək edib.

Əlavə təcrübələr göstərib ki, CPT1a yalnız enerji mübadiləsində iştirak etmir, eyni zamanda toxumaların çapıqlaşması və hüceyrə ölümü ilə əlaqəli genlərin aktivliyini də azaldır. Bu isə patoloji dəyişikliklərin ləngidilməsinə və ürək əzələsinin strukturunun qorunmasına imkan yaradır.

İkiayaqlı dinozavr izləri, beyin hüceyrələri ilə işləyən kompüter, yeni qan qrupu: 2025-ci ilin elmi nailiyyətləri

Dekabr ayının digər mühüm elmi hadisəsi:

TAK1 geninin xərçəng hüceyrələrini T-immun hüceyrələrinin hücumlarından qoruduğu aşkar edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv