ABŞ-dən Venesuelaya ultimatum: Embarqo tələblər yerinə yetirilənədək qalacaq

ABŞ-dən Venesuelaya ultimatum: Embarqo tələblər yerinə yetirilənədək qalacaq






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Dollar, #Donald Tramp, #Mətbuat konfransı, #Nikolas Maduro, #Vaşinqton, #Venesuela, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Venesuela ABŞ-nin maraqlarını və təhlükəsizliyini təhdid edən xarici hücum silahları əldə edib”.

presstvaz-ın Ağ Evin “YouTube” kanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Trump mətbuat konfransında bəyan edib.

Tramp bildirib ki, devrilmiş Nikolas Maduronun rəhbərliyi dövründə Venesuela region üçün təhlükə yaradan xarici düşmənləri ölkəyə daha fəal şəkildə cəlb edib.

ABŞ prezidenti əlavə edib ki, Venesuela sözügedən silahlardan yanvarın 2-də, cümə günü istifadə edib.

Donald Tramp həmçinin ABŞ-nin iri neft şirkətlərini Venesuela infrastrukturuna investisiya qoymağa cəlb etmək niyyətində olduqlarını açıqlayıb. Onun sözlərinə görə, bu məqsədlər üçün milyardlarla dollar vəsait toplanması planlaşdırılır.

Tramp vurğulayıb ki, Vaşinqton ABŞ-nin bütün tələbləri yerinə yetirilənədək Venesueladan neft tədarükünə tətbiq olunan embarqonu qüvvədə saxlayacaq. Bununla belə, ABŞ prezidenti konkret olaraq hansı tələblərdən söhbət getdiyini açıqlamayıb.

“Venesuela liderləri anlamalıdırlar ki, Maduronun başına gələnlər onların da başına gələ bilər”, – deyə Tramp qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv