Venesuelanın paytaxtı Karakasda SON VƏZİYYƏT

Venesuelanın paytaxtı Karakasda SON VƏZİYYƏT






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Hərbi Hava Qüvvələri, #Kolumbiya, #Nikolas Maduro, #Paraşüt, #Qustavo Petro, #Sosial şəbəkələr, #təyyarə, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Venesuelanın paytaxtı Karakasda partlayışlar dayanıb, lakin ABŞ hərbi təyyarələri hələ də səmada dövrə vurur.

presstvaz bu barədə “The New York Times” nəşrinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, ABŞ hərbi təyyarələri Venesuela hava məkanını tərk etdikdən sonra Ağ Ev rəsmi Karakasla bağlı bəyanat yayacaq.

Venesuelanın paytaxtı Karakasda SON VƏZİYYƏT

Venesuelada hücuma məruz qalan strateji obyektlərin siyahısı:

“La-Karlota” hava limanı

“Katia-la-Mar” dağ hərbi qarnizonu

“Karakas Federal” qanunverici sarayı

“Fuerte-Tiuna” hərbi bazası

“El-Atillo” hava limanı

“Barqisimetoda F-16 № 3” aviabazası

Çaralyavada Karakasın özəl hava limanı

İqerotda hərbi vertolyot bazası

Venesuelanın keçmiş lideri Uqo Çavesin qalıqlarının saxlandığı Karakasdakı “Cuartel de la Montana” binası

Məlumata görə, paytaxtın böyük hissəsi hazırda elektrik enerjisiz qalıb.

“ABŞ Venesuelada parlament binasına zərbə endirib”.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro məlumat verib.

“Venesuela ABŞ tərəfindən “ciddi hərbi təcavüzə” məruz qalıb”.

presstvaz-ın RBC nəşrinə istinadən xəbərinə görə, bu barədə Venesuela Xarici İşlər Nazirliyi açıqlama verib.

Məlumata görə, Venesuela Prezidenti Nikolas Maduro əhalinin hüquqlarının qorunması, respublika institutlarının tam şəkildə fəaliyyətinin təmin edilməsi və dərhal silahlı mübarizəyə keçid edilməsi üçün fövqəladə vəziyyət elan edib.

“Bu hücumun məqsədi ölkənin siyasi müstəqilliyini zorakılıqla sarsıtmaq məqsədilə Venesuelanın strateji ehtiyatlarını, xüsusən də neft və faydalı qazıntılarını ələ keçirməkdir. Onlar buna nail ola bilməyəcəklər. İki əsrdən çox müstəqillikdən sonra xalq və onun qanuni hökuməti öz suverenliyini, müqəddəratını təyin etmək üçün fikrində qətiyyətlidir”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, yanvarın 3-də səhər saatlarında Karakasda partlayışlar başlayıb. Ölkənin Müdafiə Nazirliyinin Baş Qərargahının və ordu komandanlığının yerləşdiyi “Fuerte Tiuna” hərbi bazası, “Fransisko de Miranda” aviabazası və hərbi hava limanı zərbələrə məruz qalıb.

Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evi və paytaxt Karakasdakı liman artilleriya atəşinə tutulub.

presstvaz xəbər verir ki, məlumatı “Sky News Arabia” yayıb.

Venesuelanın paytaxtı Karakasda SON VƏZİYYƏT

Vladimir Padrino Lopez

“ABŞ Maduro rejimini devirmək üçün çalışır və müxalifətə dəstək verir”, – deyə telekanala danışan mənbələr aviabazanın Karakasa endirilən zərbələrin əsas hədəfi olduğunu qeyd edib.

Ölkənin şimalında, dəniz akademiyasının yerləşdiyi Varqas əyalətindəki “La Guaira” hərbi dəniz bazasına ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələrinə məxsus “Su-30MKV” döyüş təyyarələrini qaldırıb.

İlkin məlumatlara görə, Karakasda ən azı altı obyektə hücum edilib. Onların arasında “Fuerte Tiuna” və “Fransisko de Miranda” bazaları, Varqasdakı “La Guaira” hərbi dəniz bazası və Karib dənizində çoxsaylı hərbi obyektlərin yerləşdiyi Marqarita adası da var.

Şahidlər Karakasda atışma olduğunu bildirirlər. İlkin məlumata görə, ABŞ hərbçiləri paraşütlə Venesuelanın paytaxtına eniblər. Yerli mətbuatın məlumatına görə, quru döyüşləri davam edir.

Venesuelaya məxsus zirehli texnikalar Karakasdakı Miraflores prezident sarayına doğru irəliləyir. Paytaxt sakinləri təşviş içərisində şəhəri tərk edirlər.

Eyni zamanda Miranda ştatının İquerota hava limanı yaxınlığında da güclü partlayışların olduğu bildirilir.

Venesuelanın paytaxtı Karakasda silsilə partlayışlar baş verib.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İlkin məlumatlara görə, partlayışlar hərbi obyektlərdə baş verib. Forte Tiuna və Fransisko de Miranda aviabazalarına hücum olunub.

KİV-in məlumatına görə, şəhərin cənub hissəsi işıqsız qalıb.

Zərbələrdə “RGM-109E” və “AGM-86D” qanadlı raketlərindən istifadə edilib. Yerli sakinlər sosial şəbəkələrdə Karakasın müxtəlif ərazilərində güclü partlayışlar barədə videolar yayımlayırlar.

Ölkə paytaxtının üzərində bir neçə helikopter görüntülənib.

İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv