KİV: Ağ Ev Venesuelaya hava zərbələri endirdiyini rəsmən təsdiqlədi

KİV: Ağ Ev Venesuelaya hava zərbələri endirdiyini rəsmən təsdiqlədi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp, #Nikolas Maduro, #Sərəncam, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağ Ev ABŞ-nin Venesuelaya hava zərbələri endirdiyini təsdiqləyib.

presstvaz xəbər verir ki, məlumatı “Fox News” etibarlı mənbələrə istinadla yayıb.

“Mənbələrin sözlərinə görə, Ağ Ev Birləşmiş Ştatların hərbi əməliyyatlar çərçivəsində Venesuelaya zərbələr endirdiyini təsdiqləyib”, – “Fox News”un aparıcısı Erik Şon telekanalın efirindən belə deyib.

“The New York Times” qəzeti isə Venesuelaya hava zərbələrindən əvvəl ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahında Milli Təhlükəsizlik Şurasının iclasını keçirdiyini bildirib.

“CBS News” telekanalının Ağ Evdəki xüsusi müxbiri Cennifer Ceykobs də ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Venesuelaya zərbələrin endirilməsi barədə göstərişi şəxsən Donald Tramp verib. Jurnalistin fikrincə, sərəncam Tramp administrasiyasının Venesuela Prezidenti Nikolas Maduroya qarşı kampaniyasının bir hissəsidir.

“Prezident Tramp Venesuelanın daxilindəki hədəflərə, o cümlədən hərbi obyektlərə zərbələr endirmək əmri verib”, – C.Ceykobs deyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv