Saçlarımızı məhv edən 5 vərdiş

Saçlarımızı məhv edən 5 vərdiş






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur “Friends” serialındakı “Rachel” obrazının ikonik saç modelinin müəllifi, 40 illik təcrübəyə malik usta Kris Makmillan saç sağlamlığını məhv edən 5 gizli vərdişi açıqlayıb. Gündəlik həyatda fərqinə varmadan etdiyiniz bu səhvlər saçlarınızın cansızlaşmasına və tökülməsinə səbəb olur.

presstvaz xəbər verir ki, Kris Makmillan bildirir ki, saçlardakı ciddi problemlər çox vaxt böyük xətalardan deyil, vərdiş halına gəlmiş kiçik yanlışlardan qaynaqlanır.

1. Səhv daraq seçimi və sürətli darama
Hər saç tipinin özünəməxsus toxuması var və ona uyğun daraq seçilməlidir.

Təsadüfi bir daraqla saçları tələsik daramaq saç tellərinin qırılmasına səbəb olur.

Saç tipinizi kəşf edin və ona uyğun fırça seçin. Darama prosesi həm də baş dərisində qan dövranını stimullaşdırdığı üçün bu işi zərif hərəkətlərlə görmək lazımdır.

2. Saç yuma tezliyini tənzimləyə bilməmək
Həm çox yumaq, həm də az yumaq saça zərər verir.

Həddindən artıq yumaq: Saç dərisini və telləri qurudur, təbii yağ balansını pozur.

Az yumaq: Saç dərisində çirk və məhsul qalıqlarının yığılmasına, məsamələrin tutulmasına səbəb olur.

Kris Makmillan həftədə 2 və ya 3 dəfə yumağı ideal balans hesab edir.

3. Saç dərisinə baxıma laqeyd yanaşmaq
Saçlar saç dərisindən böyüyür, buna görə də “sağlam saç dərisi = sağlam saç” deməkdir.

İnsanların çoxu yalnız saçın uzunluğuna və uclarına fokuslanır. Lakin saç dərisindəki qıcıqlanma və ya qalıq yığılması saçın elə kökündən keyfiyyətsiz çıxmasına səbəb olur.

4. İstilik qoruyucu istifadə etməmək
Saç qurudan fenlər, düzləşdirici və ya maşalardan qorunmasız istifadə etmək saçı daxildən yandırır.

Kris Makmillan bu vəziyyəti “ipək koftanı xlorlu su ilə yumağa” bənzədir. İstilik tətbiq etməzdən əvvəl mütləq qoruyucu sprey və ya serumlardan istifadə edilməlidir.

5. Lazımi baxım məhsullarından qorxmaq
Bəzi insanlar saçlarının yağlanacağından və ya ağırlaşacağından qorxaraq baxım vasitələrindən imtina edirlər.

Düzgün seçilmiş məhsullar saça parlaqlıq verir, onu ətraf mühitin mənfi təsirlərindən və istilikdən qoruyur. Məhsuldan qaçmaq deyil, saç tipinə uyğun olanı tapmaq vacibdir.

Bu vərdişləri dəyişdirməklə cəmi bir neçə həftə ərzində saçlarınızdakı müsbət fərqi görə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv