Tehran Vaşinqtona sərt xəbərdarlıq etdi: “Müdaxiləyə yol verilməyəcək”

Tehran Vaşinqtona sərt xəbərdarlıq etdi: “Müdaxiləyə yol verilməyəcək”






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Əfqanıstan, #İran, #İraq, #Sosial şəbəkələr, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın ali dini liderinin baş müşaviri Əli Şamxani Vaşinqtonun ölkədə baş verən etirazlara müdaxilə ehtimalına sərt reaksiya verib. Onun sözlərinə görə, ABŞ-nin bu cür cəhdlərinə imkan verilməyəcək.

presstvaz xəbər verir ki, Şamxani mövqeyini "X" sosial şəbəkəsindəki paylaşımında ifadə edib.

O bildirib ki, İran cəmiyyəti ABŞ-nin "yardım" adı altında hansı nəticələrə səbəb olduğunu yaxşı xatırlayır. Şamxani İraq, Əfqanıstan və Qəzzəni misal çəkərək qeyd edib ki, hər hansı xarici müdaxilə cəhdi qətiyyətlə dəf ediləcək.

Onun sözlərinə görə, İranın milli təhlükəsizliyi müzakirə mövzusu deyil və bu məsələ sosial şəbəkələrdə səsləndirilən populist bəyanatlarla hədəfə alınmamalıdır.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edərək, İranda dinc nümayişlərin zor gücü ilə yatırılacağı təqdirdə Vaşinqtonun prosesə müdaxilə edə biləcəyini bəyan etmişdi.

Hazırda İranda ağır iqtisadi durum fonunda genişmiqyaslı etiraz aksiyaları davam edir. Qeyri-rəsmi məlumatlara görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində ölən və yaralananlar var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv