Bu xiyarlar bankada partlaya bilər

Bu xiyarlar bankada partlaya bilər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Konservləşdirmə zamanı düzgün seçilməyən xiyar növləri bankaların partlamasına və məhsulun korlanmasına səbəb ola bilər.

presstvaz xəbər verir ki, mütəxəssislər xüsusilə salatlıq xiyar növlərinin və həddindən artıq yetişmiş tərəvəzlərin konserv üçün yararsız olduğunu bildirirlər. Bu növ xiyarların daxili quruluşu sulu və boş olduğu üçün emal zamanı mayalanma prosesi sürətlənir və yaranan təzyiq bankanın qapağının atmasına və ya şüşənin partlamasına gətirib çıxarır.

Salatlıq növlər adətən hamar və nazik qabıqlı olur ki bu da onların marinadda dərhal yumşalmasına və daxilində boşluqların yaranmasına səbəb olur. Həddindən artıq böyümüş və saralmış xiyarların daxilindəki toxumlar iriləşdiyi üçün belə məhsullar qısa müddətdə qıcqırır. Üzəri mumlanmış market xiyarları da təhlükəlidir çünki qabıqdakı mum təbəqəsi duzlu suyun daxilə nüfuz etməsinə mane olur və nəticədə qida daxildən çürüməyə başlayır. Həmçinin acı dadı olan xiyarlar da istilik emalı zamanı bu acılığı bütün bankaya yayır və dad keyfiyyətini tamamilə korlayır.

Bankaların partlamaması üçün üzəri tikanlı və ya kələ-kötür olan xüsusi turşuluq növlərə üstünlük verilməlidir. Bu tikanlar marinadın tərəvəzin daxilinə bərabər paylanmasını təmin edir. Xiyarların ölçüsünün 10-12 santimetrdən böyük olmaması və yığıldıqdan sonra ən geci 24 saat ərzində bağlanması tövsiyə olunur. Konservləşdirmədən əvvəl xiyarları 3-4 saat soyuq suda saxlamaq onların daxilindəki havanı çıxarır və bu da partlama riskini əhəmiyyətli dərəcədə azaldır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv