Rusiyada polislər Özbəkistan vətəndaşını döyüb öldürdülər

Rusiyada polislər Özbəkistan vətəndaşını döyüb öldürdülər






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Hadisə, #Özbəkistan, #Rusiya, #Vladivostok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Xabarovsk şəhərində Özbəkistan vətəndaşları xwsusi təyinatlı polis dəstəsi (OMON) tərəfindən döyülüb.

presstvaz Özbəkistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, insident nəticəsidə iki zərərçəkən komaya düşüb, onlardan biri sonradan həyatını itirib.

Məlumata görə, hadisə ötən il dekabrın 12-də kafeyə basqın zamanı baş verib.

Özbəkistan XİN-in məlumatına görə, ölkə vətəndaşının ölümü ilə bağlı vəziyyət Özbəkistanın Vladivostokdakı baş konsulluğu və Miqrasiya Agentliyi tərəfindən izlənilir. Hazırda cəsədin Özbəkistana qaytarılması üçün işlər görülür.

Hadisədən sonra Özbəkistan baş konsulluğu Xabarovsk Diyar Prokurorluğuna, İstintaq Komitəsinə və Rusiya Xarici İşlər Nazirliyinin Xabarovsk diyarındakı idarəsinə hadisə ilə bağlı hərtərəfli, obyektiv və hüquqi cəhətdən araşdırma tələb edən notalar göndərib.

Qeyd olunur ki, hazırda Özbəkistan vətəndaşının ölüm səbəbi ilə bağlı rəsmi olaraq təsdiqlənmiş heç bir məlumat yoxdur. Səlahiyyətli orqanlardan dəqiq məlumat alındıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv