Smart-kart qaz sayğaclarında problem: Ödəniş edilir, balansa köçmür?

Smart-kart qaz sayğaclarında problem: Ödəniş edilir, balansa köçmür?






presstv

"Presstv"az #"Azəriqaz", #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Smart-kart tipli qaz sayğaclarında balansın artırılması ilə bağlı müəyyən çətinliklərin yarandığı bildirilir.

presstvaz bildirir ki, bu barədə Oxu.az-a daxil olan şikayətdə qeyd olunur ki, bəzi istifadəçilər ödəniş terminalları vasitəsilə karta vəsait yükləyərkən problemlə üzləşirlər. Belə ki, terminallar bəzən kart məlumatlarını tanımır və ya ödənilən məbləğ balansda əksini tapmır.

Məlumata görə, terminalda “smart-kartın bərpası” funksiyası aktivləşdirildikdə ödənişin balansa köçürüldüyü barədə bildiriş verilsə də, həmin məbləği sayğaca yükləmək mümkün olmur. İddia olunur ki, bunun səbəbi tariflərin yenilənməməsi ilə bağlıdır.

presstvaz bildirir ki, mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə  Oxu.az-ın ünvanladığı suallar cavabsız qaldı. Qurumun mətbuat katibi Eldəniz Vəliyev qeyri-iş günü olduğunu bildirərək müraciətlərin qaynar xətt vasitəsilə edilməsini tövsiyə edib.

Bununla belə, saat 17:47-dən sonra da qurumun Mətbuat Xidməti ilə təkrar əlaqə saxlamağa cəhd göstərilsə də, zənglər cavabsız qaldı. Qurumun Mətbuat Xidmətinə xatırlatmaq istərdik ki, qaynar xətt əsasən vətəndaş müraciətləri üçün nəzərdə tutulub. KİV nümayəndələrinin suallarının cavablandırılması isə məhz Mətbuat Xidməti vasitəsilə həyata keçirilməlidir.

Yaranan problemlə bağlı “Mpay” QSC açıqlama yayıb.

Smart-kart qaz sayğaclarında problem: Ödəniş edilir, balansa köçmür?

“Hazırda “Azəriqaz” xidmətində, xüsusilə “Zenner” kartları ilə ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur. Problem ümumi “Azəriqaz” sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır.

Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.

Məsələ ilə bağlı inkişafları diqqətdə saxlayacağıq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv