Qubanın ucqar kəndinə səyahət: Xaltanda Yeni il ovqatı

Qubanın ucqar kəndinə səyahət: Xaltanda Yeni il ovqatı






presstv

"Presstv"az #Ailə, #Asfalt yol, #Audi, #Quba, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin efirində “Kəndinə qayıt” verilişinin yeni buraxılışında Quba rayonunun ən ucqar yaşayış məntəqələrindən biri olan Xaltan kəndinə səfər edilib.

Şəhər mərkəzindən təxminən 70 kilometr aralıda yerləşən kənddə 2009-cu ilin siyahıyaalınmasına əsasən 624 nəfər yaşayır.

Veriliş zamanı Xaltan sakinlərinin gündəlik problemləri də diqqətə çatdırılıb.

Kənd sakini Novruz Yaqubov bildirib ki, infrastrukturun yaxşılaşdırılması əhalinin köçünün qarşısını ala bilər: “Kəndimizə asfalt yol çəkilsə, qaz xətti olsa, insanlar buradan köçməz, əksinə, kənd daha da inkişaf edər”.

Buraxılış çərçivəsində aparıcı Yeni il münasibətilə kənd uşaqlarını hədiyyələrlə sevindirərək onların bayram ovqatına töhfə verib.

Verilişin davamında Qubanın Zərdabi qəsəbəsində yerləşən internat məktəbinə də baş çəkilib. Burada valideyn himayəsindən məhrum uşaqlarla yanaşı, aztəminatlı ailələrin övladları da yaşayır və təhsil alırlar. İnternat məktəbində uşaqlar üçün sürpriz hazırlanıb, onlara hədiyyələr təqdim edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv