Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib

Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #Leyla Əliyeva, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib.

presstvaz xəbər verir ki, paylaşımda deyilir:

“Əziz dostlar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm! Sizə xoşbəxtlik, möhkəm cansağlığı, ən ülvi arzularınızın gerçəkləşməsini və nur arzulayıram.

Qoy hər birinizin qəlbində xeyirxahlığa və insanlığa inam yaşasın. Arzulayıram ki, xeyir və xeyirxahlığın heç bir təmənna güdmədən başqalarına ünvanlanmasına inanasınız, çünki o işığın nuru mütləq sizə geri qayıdacaq. Xüsusilə bütün uşaqları təbrik etmək istəyirəm. Uşaqlar saf, səmimi və güclüdürlər. Onları nə qədər çox dəstəkləsək, tərifləsək, sevsək və ruhlandırsaq, bir o qədər mərhəmətli, özünə inanan və işıqlı şəxsiyyətlər yetişdirə bilərik.

Qoy Allah hamını qorusun. Hər birinizə minnətdaram. Yeni il sizə harmoniya və sevgi gətirsin”.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv