Qazaxda onlayn qumar oynayan şəxs cərimə olundu

Qazaxda onlayn qumar oynayan şəxs cərimə olundu






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Qazax, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazax rayonunda qumar oynayan şəxs inzibati məsuliyyətə cəlb edilib.

presstvaz “Teleqraf”a istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü Əkbər Vəliyev (ad və soyad şərti verilib – red.) Qazax rayonu ərazisində “fastloto365.com” saytına daxil olaraq onlayn kazino oyunları oynayıb.

Məlum olub ki, Ə.Vəliyev 2025-ci ilin iyun ayından etibarən qanunsuz onlayn qumar oyunlarında iştirak edib. O, iyun ayının əvvəlindən “WhatsApp” tətbiqində fəaliyyət göstərən onlayn kazino kod və linklərinin satıldığı səhifələrin mövcudluğundan xəbər tutub və bu oyunlarda iştirak etməyə qərar verib.

O, “WhatsApp” tətbiqində kontakt siyahısında adını “K” kimi qeyd etdiyi onlayn kazino səhifəsinə qumar oynamaq istədiyini yazaraq ona bank kartı məlumatlarının göndərilməsini xahiş edib. Daha sonra “Cənub” adlı kazinonun bank hesabına pul vəsaiti köçürüb. Qarşı tərəf isə ona müxtəlif kodlar və “fastloto365.com” ünvanı da daxil olmaqla bir neçə link göndərib.

Göndərilən kod və linklər vasitəsilə Ə.Vəliyev onlayn kazino oyunlarında iştirak edib. Araşdırma zamanı müəyyən edilib ki, bu oyunlarda uduş tamamilə təsadüf və qeyri-müəyyənlik üzərində qurulub.

O, onlayn kazino oyunlarına hissə-hissə olmaqla ümumilikdə 500 manat pul vəsaiti yatırıb və bu məbləğin 300 manatını uduzub. Sonuncu dəfə “Cənub” adlı onlayn qumar səhifəsindən göndərilən link və kod vasitəsilə kazino oyunu oynayıb və 12 manat uduş əldə edib. Udduğu pulu isə ona təqdim edilən bank hesabına köçürüb.

Qazax Rayon Məhkəməsinin qərarı ilə Əkbər Vəliyev barəsində inzibati tənbeh tədbiri tətbiq olunub və o, 3 000 manat məbləğində cərimə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv