Vuçiç: “Serbiya 1999-cu il təcavüzünün təkrarlanmasına imkan verməyəcək”

Vuçiç: “Serbiya 1999-cu il təcavüzünün təkrarlanmasına imkan verməyəcək”






presstv

"Presstv"az #Aleksandar Vuçiç, #Audi, #Dollar, #Mətbuat konfransı, #Serbiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Serbiya tarixinin ən güclü ordusuna malikdir və heç kimin 1999-cu il NATO təcavüzünü təkrarlamasına imkan verməyəcək”.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

“1999-cu ilin bir daha təkrarlanmamasını təmin etmək üçün təcrübəli mütəxəssislərimiz var. Serbiyaya hücum etməyi düşünən hər kəs bu barədə iki dəfə düşünməlidir. Ordumuz indiyə qədər olduğundan daha güclüdür”, – deyə Serbiya lideri vurğulayıb.

Vuçiç həmçinin qeyd edib ki, Belqrad bu yaxınlarda Serbiya ordusu üçün milyard dollarlıq müqavilələr imzalayıb. O, ölkənin hava məkanını qorumaq üçün lazım olan bütün vasitələri əldə etdiyini və növbəti üç il ərzində özünün çoxqatlı hava hücumundan müdafiə sistemini quracağını açıqlayıb.

Xatırladaq ki, NATO-nun Yuqoslaviya Federativ Respublikasına qarşı hərbi əməliyyatı 24 mart 1999-cu ildə başlayıb və 78 gün davam edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv