FIFA gələn mövsümdən “Arsen Venger ofsaydı”nı tətbiq edə bilər

FIFA gələn mövsümdən “Arsen Venger ofsaydı”nı tətbiq edə bilər






presstv

"Presstv"az #Audi, #Futbol, #London, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

FIFA 2026/2027 mövsümündən etibarən “Arsen Venger ofsaydı”nı tətbiq edə bilər.

presstvaz bu barədə “RMC Sport”a istinadən xəbər verir.

Bu qaydaya əsasən, hücum edən oyunçu yalnız o halda oyundan kənar vəziyyətə düşəcək ki, bədəninin bütün hissələri ilə rəqibin sonuncu müdafiəçisini qabaqlasın.

Mənbənin məlumatına görə, IFAB (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) bu dəyişikliyi yanvarın 20-də Londonda keçiriləcək illik yığıncağında nəzərdən keçirəcək.

Fevral ayında isə layihə Baş Assambleyaya təqdim olunacaq. Bu qayda dekabrda Ərəb Millətləri Kuboku matçlarında sınaqdan keçirilib.

Qeyd edək ki, 76 yaşlı Venger hazırda FIFA-nın futbolun qlobal inkişafı şöbəsinin rəhbəri vəzifəsini tutur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv