Minalanmış ərazidə ağlasığmaz hərəkət: Ağdamda insanların həyatını təhlükəyə atanlar

Minalanmış ərazidə ağlasığmaz hərəkət: Ağdamda insanların həyatını təhlükəyə atanlar






presstv

"Presstv"az #Audi, #İşğaldan azad olunmuş ərazilər, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İşğaldan azad olunmuş ərazilərdə “Qarabağ Xronikası” layihəsinin növbəti buraxılışı üçün aparılan çəkilişlər zamanı Baku TV-nin əməkdaşları təhlükəsizlik baxımından ciddi suallar doğuran hallar aşkar ediblər.

Onlar Ağdam rayonunda yerləşən yol kənarlarından birində minalanmış ərazilərin natamam şəkildə işarələndiyini müşahidə ediblər. Yolun sol tərəfi qırmızı payalarla tam şəkildə nişanlansa da, sağ tərəfdə xəbərdaredici nişanlar yalnız hissə-hissə yerləşdirilib.

Belə ki, yolun başlanğıcında bir paya görünür, təxminən 100-150 metr məsafədən sonra növbəti. Ərazidə vəziyyətin təhlükəli olduğunu açıq şəkildə göstərən digər məqam isə yolun yaxınlığında vizual olaraq görünən tank əleyhinə olan minaların mövcudluğudur.

ANAMA nümayəndəsi Samir Quluyevin sözlərinə görə, xəbərdarlıq payaları dəfələrlə quraşdırılsa da, sonradan kənd sakinləri tərəfindən sökülür və götürülür. Bunun əsas səbəbi isə həmin torpaq sahələrinin əkin məqsədilə istifadə olunmasıdır.

O qeyd edib ki, yerli sakinlərin bir qismi ərazilərin hələ də təhlükəli olduğunu tam dərk etmir və sözügedən sahələr ANAMA tərəfindən təmizlənməyib. Ərazidə açıq şəkildə görünən minaların kimlər tərəfindən çıxarıldığı isə məlum deyil. Bunun yerli sakinlər və ya digər şəxslər tərəfindən edildiyi istisna olunmur.

Onun sözlərinə görə, ANAMA yalnız rəsmi şəkildə təmizlənmiş və təhvil verilmiş sahələrə cavabdehdir.

Qeyd edək ki, minalanmış ərazilərdə xəbərdarlıq nişanlarının sökülməsi və qeyri-qanuni müdaxilələr həm bunu edən şəxslərin özləri, həm də başqaları üçün ciddi təhlükə yaradır və mənfi nümunə formalaşdırır. Bu səbəbdən hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə etməsi vacibdir.

Daha ətraflı videomaterialda:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv