Tanışını onun bacısının gözləri qarşısında öldürən şəxsin cəzası azaldıldı

Tanışını onun bacısının gözləri qarşısında öldürən şəxsin cəzası azaldıldı






presstv

"Presstv"az #Audi, #Gəncə Apellyasiya Məhkəməsi, #Hadisə, #Hakim, #Məhkum, #Qazax

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə Apellyasiya Məhkəməsində qətl törətməkdə və xuliqanlıqda təqsirləndirilən Rəşad Məhərrəmovun barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cəza təyin olunmayıb, hökmdən Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəalar xaric edilib. Rəşad Məhərrəmovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttihama görə, hadisə 16 noyabr 2023-cü il tarixdə axşam saat 20 radələrində Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni Qəsəbə ərazisində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun qeyd edilən qəsəbə ərazisində tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il, 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv